Gündəm

Şahin İsmayılov Beyləqandan qovuldu: Köməkçisi isə qaziləri təhqir etdi — VİDEO

MUMtv.az: - Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkinin ən aktiv fazasına qədəm qoyuruq. Bir müddət öncə isə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti toplaşaraq bu seçkilərdəki namizədlərini açıqlamışdı. Daha sonra hakim partiya bir neçə dairə üzrə namizədlərini dəyişmişdi.

Son iki cağırışdır ki, öz millət vəkillərini tapa bilməyən beyləqanlıların bəxti yenə gətirmdədi. Bu dəfə də hakim partiya Şahin İsmayılovun namizədliyini 83 saylı Beyləqan seçki dairəsindən irəli sürdü. Beyləqan ən həssas əhali qruplarının olduğu rayonlardan biridir. Yüzlərlə şəhidin, qazinin olduğu bir rayonun millət vəkili hər gün bu həssas insanları ziyarət etməlidir. Amma Şahin İsmayılov parlamentdə olduğu iki cağırışda bu rayonun yolunu tutmayıb. Bunun da səbəbi var. Çünki millət vəkilinin seçiciləri rayondan qovublar. Bəli düz ba.şa düşdünüz. Seçicilər millət vəkilini aldatdığı üçün onu rayondan qovublar. Aşağıdakı videoda bunu izləyə bilərsiniz.



Hələ o zaman Şahin İsmayılov rayonun Kəbirli kəndində keçirmək istədiyi görüşdən qovulmuşdu. Seçicilər onu şəhid ailələrini ziyarət etməməkdə, ümumiyyətlə rayona gəlməməkdə günahlandırırdı. Amma insanda üz də yaxşı şeydir. İnsanlar arasında üzü olmayan Şahin İsmayılov yenidən namizədliyi bu rayondan verib. 44 günlük Vətən Müharibəsində Beyləqanda olmalı olan Şahin İsmayılov Bakıda özünə böyük biznes qurmaqla məşğul idi. “Boz kardinal” Ramiz Mehdiyevin xeyir-duası ilə mandatla mükafatlandırlan Şahin İsmayılov məhz həmin ərəfədə Bakıda “Friends” restoranlar şəbəkəsini qurub. İsmayılov məhz bu restoranı 44 günlük müharibə ərəfəsində qurub. Görünən odur ki, Şahin İsmayılovu seçiciləri yox, öz biznesi maraqlandırır. Başı özünə böyük biznes qurmağa qarışan bu gənc millət vəkili yenidən Beyləqanda peyda olub. İndi Şahin İsmayılovun qoçuları Beyləqanda meydan sulayır. Etibarlı mənbədən aldığımız məlumata görə bu dəfə Şahin İsmayılovun köməkçisi Müşfiq Səfərov qaziləri təhqir edib.

Şahin İsmayılov Beyləqandan qovuldu: Köməkçisi isə qaziləri təhqir etdi — VİDEO

Bir neçə gün öncə deputatın köməkçisi Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin, eləcə də antiterror tədbirlərinin iştirakçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən göstərdiyi igidliyə görə bir neçə medalla təltif edilmiş şəxsin valideynini çağıraraq ona hədə-qorxu gəlib, onu övladları ilə bağlı xəbərdarlıq edib. Buna səbəb isə sosial şəbəkədə deputat Şahin İsmayılovun seçicilərlə görüşməməsi ilə bağlı yazılan status olub.

Mənbəmiz bildirir ki, müharibə iştirakçısının atasına Şahin İsmayılovun adından hədə-qorxu gələrək xəbərdarlıq edən Müşfiq Səfərov bildirib ki, iki oğlun var, harda nəylə, hansı bədbəxt hadisə ilə üzləşə biləcəklərini nəzərə alsın.

Bir sözlə seçki öncəsi Şahin İsdmayılov özü qorxusundan seçicilərinin qarşısına çıxa bilməsə də, qoçuları bunu həyata keçirir. Şahin İsmayılov üçün əsas seçici deyil, ancaq mandatı maraqlıdır. Yüzlərlə şəhidi olan bir rayona Şahin İsmayılov kimi bir insanı göndərmək məncə elə ən böyük təhqirdir.
P.S Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (Vətəninfo.az)

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər