Gündəm

Qəribə mənzərədir: YAP hamını “iflic” edib, hamı “donub”… – FAKT BUDUR!

Milli Məclisi keçiriləcək seçkilərə cəmi 1,5 ay qalıb; cəmi 1,5 aydan sonra seçicilər seçki qutusunun başına gedəcək, ancaq…

MUMtv.az: - Ancaq, seçki ab-havası, namizədlərin irəli sürülməsində qələbəlik, səs-küy, imza kampaniyasını təbliğat şousuna çevirmək və s. – heç nə yoxdur; adi, adidən-adi bir yay yorğunluğu yaşayırıq.

Partiyalar ya ümumiyyətlə tərpənmir, siyahı təqdim etmir, ya da “yarımçıq siyahı” yayır, “əsas adamları” – yəni real olaraq seçilmə şansı olanları, xüsusilə partiya sədrlərini hələ namizəd göstərməyə tələsmirlər, “yarımçıq siyahıdır, tamamlayacağıq” deyə, gözləyirlər.

Amma bu, təkcə siyasi kəsimə aid deyil. Müstəqil ziyalılar, ictimai nüfuzlu şəxslər də “donub” qalıblar, namizədliklərini hansı dairədən irəli sürəcəklərini bilmirlər və yaxud seçkiyə gedib-getməyəcəklərini hələ aydınlaşdırmayıblar. Medianın sorğusuna “hələ qərar verməmişəm” deyirlər.

Seçki çatdı, həzərat, haçan qərar verəcəksiniz?

Namizədliyin irəli sürülməsi çoxdan başlayıb, artıq 13 iyuldan namizədlərin qeydə alınması prosesi start götürüb – yəni imza vərəqələrini geri qaytarmaq, qeydə alınıb-alınmadığına əmin olmaq, qeydə alındınsa, təbliğata hazırlaşmaq, alınmadınsa, apellyasiya vermək fürsəti-vaxtı varkən, bir çoxları hələ də namizədliyini irəli sürməyib.

Hamı YAP-ı gözləyir – xüsusilə Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra sosial dayaqlarını daha da gücləndirən hakim partiya ilə rəqabət aparmaq asan məsələ deyil və bunu çox normal qarşılamaq olar. Ona görə də YAP-ın hansı dairədən hansı namizəd irəli sürəcəyi, hansı dairələrdə kimləri müdafiə edəcəyini bilmək çox önəmlidir.

Hakim partiya adətən 30 dairəni “boş buraxır” – çünki o dairələrdən də namizəd irəli sürməsi Milli Məclisi YAP Siyasi Şurasına çevirə bilər; həmçinin bir neçə dairədə öz namizədi ilə çıxış etmir, müstəqil namizədlərə dəstək verir.

Buna görə də YAP-ın “vazkeçilməzləri” ilə üz-üzə gəlib, ağır şəkildə məğlub olmamaq üçün hamı gözləyir.

YAP-dan isə səs yoxdur: ən son 11-13 iyul arasında siyahısını açıqlayacağı və seçki yarışının başlayacağı güman edilirdi. Ancaq 16 iyuldur, YAP-dan səs çıxmır.

YAP 700 mini aşan üzvləri ilə nəhəng partiyadır, Azərbaycanın ərazi bütövlüyünü təmin edən hakimiyyətin ictimai dəstək baxımından heç bir narahatlığı yoxdur, lap 25 iyulda namizədlərini açıqlasa, 5 günə imza vərəqələri alsa, yenə cəmi 2 kritik gündə – 2 avqusta qədər imza vərəqələrini doldurub, geri təqdim edəcək gücdədir. Bəs, rəqiblərinin belə bir imkanı varmı?

YAP faktiki olaraq ölkədə azacıq da müqavimət hiss etməyən partiya olduğunu növbəti dəfə nümayiş etdirir, prosesi tam-tamına idarə edir, bəzi rəqiblərini artıq indidən, sakitcə, heç bir hərəkət etməməklə sıradan çıxarır, yaxud oyundankənar vəziyyətə salır. Bütün bunlar aydındır – güclünün xüsusiyyətidir. Ancaq siyasi aktivlik çox aşağı düşüb, bu da ciddi faktordur. Ötən gün MSK cəmi 431 nəfərin namizədliyini irəli sürdüyünü elan etdi – qeydiyyatın artıq başladığı periodda 125 deputat yeri üçün 431 nəfərin namizədliyini irəli sürməsi çox aşağı göstəricidir.

Ona görə YAP-ın siyahısını tez açıqlaması vacibdir – bu seçki bir ayrı seçki olmalıdır, çünki ilk dəfədir Milli Məclisə seçkilər bütün Azərbaycan ərazisində keçirilir; seçki təbliğatı işğaldan azad edilən hər yerə gedib çatacaq. Bu seçki yalnız seçki deyil, həm də işğaldan tam azad olunan və bütün ərazisində seçki keçirən Azərbaycanın dünyaya siyasi mesajıdır.

Bu siyasi mesajı daha çılğın, daha qaynar, daha hay-küylü vermək lazımdır.

YAP-sız bu proses başlaya bilməz – hakim partiya addım atmalıdır…//axar.az

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər