Gündəm

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi "Relax” İstirahət Mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə baxışı 4 gün əvvəl - 08.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Rafiq İsmayılovun sədrliyi ilə keçirilib və növbəti iclas 05.05.2021-ci il saat 16:30-a təyin olunub.
Məhkəmə iddiasının torpaq sahəsinin boşaldılması ilə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək ki, "Relax” istirahət mərkəzinə 78 saylı Lerik seçki dairəsindən deputat seçilən İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı rəhbərlik edir. 2019-cu ilin avqust ayında Lerik rayonunda fəaliyyət göstərən "Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri "Relax”ın işçiləri tərəfindən döyülüb. Bundan sonra aralarında millət vəkilinin oğlu Mirhəmid Nərimanlının da olduğu bir-neçə şəxs həbs olunub və ötən ilin yanvar ayında həbsdən azad olunub.
Onu da bildirək ki, son zamanlar millət vəkili İqabal Məmmədov və onun ailə üzvlərinə qarşı daha bir məhkəmə iddiası "Paşa Holdinq”ə məxsus olan "Kapital Bank” ASC tərəfindən qaldırılıb. Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatında olan işin borc müqaviləsi üzrə mübahisəyə görə qaldırıldığı bildirilir.
1996-cı ildə İqbal Məmmədov tərəfindən təsis olunan "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin dövlət büdcəsinə də böyük həcmdə - 9 milyon 262 min 108 manat vergi borcu var.

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi

Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər