Gündəm

Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO

"DogruXeber.az" olaraq, özümüz də hər gün redaksiyamıza müraciət edib, xəstəxanalardan, həkim səriştəsizliyindən - ümumiyyətlə səhiyyədən şikayətlənən çoxsaylı vətəndaşları görürük, dinləyirik. Eləcə də bizim kimi yüzlərlə digər saytlar - hamısı da bu sahə üzrə ayrı-ayrı şəxslər tərəfindən edilən şikayətlər...

Bütün bunları gördükcə də istər-istəməz qınaq obyekti özlərindən də çox, onların tabe olduğu qurum olur.

Səhiyyə Nazirliyi ta Oktay Şirəliyevin dövründən özünü doğrultmadı və kifayət qədər vətəndaş narazılığına səbəb oldu. Sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yarandı. Lakin, onun yaranması da bu sahədəki narazılıqları aradan qaldıra bilmədi.

Bundan əlavə TƏBİB -in İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlı da vəzifədə olduğu müddətdə yeni quruma olan ümidləri doğrultmadı. Əksinə şəxsi əmlakları ilə bir müddət gündəm mövzusu oldu.

Doğrudur, illər boyu yaşanan problemləri aradan qaldırmaq üçün iki il zaman çox azdır. Amma, hamının acığını söndürmək üçün qınaq ünvanı haçalanmış oldu. Əvvəl tək Səhiyyə Nazirliyini qınayırdıqsa, indi hər ikisindən gileylənirik.

Elə "DogruXeber.az" olaraq, biz özümüz də bu barədə bir neçə dəfə gileylənmişik. Lakin, tərəfimizdən edilən müraciətlərə TƏBİB-dən dərhal verilən reaksiya, verdiyimiz ünvanlarda başladılan araşdırmalar, görülən tədbirlər fikrimizi dəyişdirdi.

Görünür İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov cavabdeh olduğu səlahiyyətləri layiqincə yerinə yetirir, rəhbərlik etdiyi qurumun işlərinə daha da məsuliyyətlə və həssaslıqla yanaşır.

TƏBİB-in mətbuatla əlaqələr şöbəsində çalışan Kənan adlı gənc əməkdaşı, eləcə də Kənan müəllimin çalışdığı şöbənin digər əməkdaşlarının işlərinə necə həssaslıqla, məsuliyyətlə yanaşdıqlarının şahidi olduq. Edilən müraciətlər diqqətə alınır, dərhal aidiyyatı üzrə məlumat verilir və araşdırmalar başladılar. Aşkar olunan nöqsanlar barəsində də lazımi tədbirlər görülür.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş verənlər barəsində "DogruXeber.az" saytında məlumat yayımlamışdıq. Eyni zamanda TƏBİB, Səhiyyə Nazirliyi və Şirvan Şəhər Prokurorluğuna da müraciət etmişdik. Sözügedən xəstəxana TƏBİB-in tabeçiliyində olduğu üçün orada dərhal qurum tərəfindən araşdırmalara başlanıldı. Bundan əlavə, bir neçə gün əvvəl qəza nəticəsində sağ qolu sınmış bir vətəndaş əməliyyat üçün bir neçə gün 3 saylı Sabunçu Xəstəxanasında saxlanıldı. Qoluna qoyulacaq mil üçün xəstə yaxınlarından müəyyən vəsait tələb olunurdu. Vətəndaşın ailə üzvləri redaksiyamıza müraciət etdi və biz də öz növbəmizdə bu barədə TƏBİB-in mətbuatla əlaqələr şöbəsinin əməkdaşı Kənan müəllimə məlumat verdik.

Məlumatı verdikdən dərhal sonra - elə həmin gün vətəndaş yüksək səviyyədə diqqətə götürüldü və əməliyyat edildi. Hazırda vəziyyəti çox yaxşıdır.

Dəyərli izləyicilərimiz, hər zaman olduğu kimi, yenə də deyirik. Biz tərif etmirik, "ağı ağ yazırıq - qaranı qara".

Nöqsanları gördükdə tənqid yazırıq, nöqsanları aradan qaldırmaq üçün atılan addımları gördükdə isə layiqincə dəyərləndirir, şəninə zəhmətilə qazanılan xoş sözlər.

Düşünürük ki, TƏBİB -in İdarə Heyətinin sədri Vüqar Qurbanov,

Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO

əməkdaşı Kənan müəllim, eləcə də

Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev,

Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO

"Azəriqaz"İstehsalat Birliyinin direktoru Ruslan Əliyev kimi məsuliyyətli rəhbərlər çox olarsa, bu qədər vətəndaş narazılıqları da olmaz.

"DogruXeber.az" olaraq, sözünü doğrusunu deyir, vəzifəsini şəxsi məqsədləri üçün istifadə edib, vətəndaşları saymayan məmurları tənqid edirik

Onların əksinə, işini vicdanla icra edən şəxsləri də dəyərləndirməyi bacarırıq.

Əgər, ümumiyyətlə xalq olaraq, çoxlarını pulla satın aldığı "nüfuz"una görə deyil, vicdanla göstərdiyi xidmətinə görə dəyərləndirərsək, bəlkə nələrisə dəyişə bilərik.

Sizcə də belə deyil?

DogruXeber.az

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər