Gündəm

“YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” – Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir

MUMtv.az: - Bərdə rayon sakini Camalov Müşfiq Yahya oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş iddia edir ki, işlədiyi qurumdan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılılıb.

Qeyd edək ki, bu pozuntu ilə işdən çıxarılan şəxslər əksər hallarda özünə yeni iş tapmaqda ciddi problemlərlə qarşılaşır və dezavantaj yaşaya bilirlər.

Şikayətçi haqsız şəkildə işdən azad olunduğunu bildirir. Deyir, ondan tələb olunan pul məbləğini verməməsinin nəticəsini ağır ödəyib…

“Mən, Camalov Müşfiq Yahya oğlu, yazaraq bidirmək istəyirəm ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi hazırda yaşadığım yerə gəlmişəm. Ali təhsilliyəm, meşəçi kimi 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində fəaliyyət göstərmişəm. 22 ildir ki, işimi qüsursuz görürdüm. Mərkəzi Aran zonasında səhralaşmanın qarşısın almışam, yaşıllıqlar, meşələr salmışam. 2023-cü ilin mart ayında Ekologiya Naziriyi mənə pul mükafatı verib. Apreldə 70-ci maddənin “Ç” bəndi ilə məni işdən çıxartdılar. Təbii ki, şər-böhtanla bunu həyata keçirtdilər.

İşdən uzaqlaşdırılmağım sifarişlə olub. Çünki Meşələrin İnkişafı Xidmətinin keçmiş rəisi Qəribov Cabbar, baş mütəxəssis Əhmədov Mustafa, tələbə yoldaşı Məhərrəmov Şikar məndən pul tələb etmişdilər. Vermədim deyə bunlar başıma gəldi. Meşəyə zərər vermiş şəxsi tutub gətirmişdim, cəriməsini də məcbur etmişdim ki, ödəsin. Saxta sənədlərlə məni o adamla eyni mövqedə qeyd edirlər. Guya ağacı çıxardaraq qanunsuz iş görmüşəm. Yerimə əvvəllər polis olaraq işləyən narkotik istifadəçisini iş götürürlər. Onun adı Əhmədov Ruslandır. Özünə də istənilən şərait yaradılıb.

Bakı Apellyasiya Məhkəməsi işimə bərpa qərarı versə də, Ekologiya Naziriyi öz verdiyi qanunsuz göstərişin müdafiəsinə qalxır. Onlar Əmək Məcəlləsinin bir çox maddələrini kobud şəkildə pozaraq mənə qarşı bu haqsızlığı etdilər. Nazir Muxtar Babayevin qəbulunda oldum. Bu ilin 13 yanvarında ərizəmin üstünə yazılıb ki, araşdırılacaq. Ancaq bu günə qədər heç bir xəbər çıxmayıb. Düşünürəm ki, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi məsələni tam bilmir, işçilər ona yalan danışıblar”.//turantv.az

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər