Gündəm

O "bəlanın önünə atılan qurban"dır, yoxsa  ƏDALƏT ? - Qazaxda nə baş verir ? // VİDEO

"DogruXeber.az" bildirir ki, 25.10.2022-ci il tarixində Qazax rayon sakinlərinin iddiaları əsasında """Mənə deyir, "Ağıllı ol, nə deyirəm onu elə. Kimdən kimə şikayət edəcəksən? Prezident aparatında oturanın biri elə mənim oğlumdur""- ŞOK İDDİALAR // VİDEO" başlığı altında geniş bir yazılı məlumat yayımlamışdıq və vurğulamışdıq ki, "mövzuya yenidən qayıdacağıq".

Məlumatda bildirirdik ki, sözləri ilə "əxlaqsızlığa meydan oxuyan" Rəcəb Babaşovun rəhbərlik etdiyi Qazax rayon sakinlərinin "Kanal14]"ün efirindəki çıxışlarından sonra Samirə adlı bir qadın redaksiyamıza votsap vasitəsilə həmin şəxslərin ünvanına təhqir, söyüş dolu səsli mesajlar göndərib, icra hakimiyyəti və Mənzil kommunal təsərrüfatı birliyinin rəhbəri Sərxan barəsində tərifli cümlələr qurmuşdu - bir sözlə tərəf saxlamışdı. Ardından isə Həmin qadının hansı formada ünvanlı sosial yardım alması barəsində sosial şəbəkələrdə özünün bəzi səs yazıları yayıldı.

Əlqərəz...



Çox xırdalıqlara getsək, xeyli yazmalı olacağıq deyəsən...
Ona görə də çox uzatmadan sizə bir videomaterial təqdim edib, keçək orada səsləndirilən şokedici faktlara:



Gördüyünüz kimi Qazax sakini Mircəfər kişi bildirir ki, Rəcəb Babaşovun Rayona çatar-çatmaz gördüyü "böyük iş" məscidin günbəzini dağıtmaq, Quran ayəsini qırmaq oldu.

Hələ İcra başçısının keçmiş müavini Fərman Nağdəliyev, onun qohumu olan hazırkı ikinci müavin Gülayə Həsənovanın, həmçinin İcra nümayəndəsi Akif Vəliyev və Akif Vəliyevin qohumu, eyni zamanda rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Sərxan adlı şəxsin oliqarx həyatı yaşadıqlarının, hətta hərəsinin vəzifəsindən əlavə artıq bir sahibkar - iş adamı olduqlarını da canlı yayıma qoşulan sakinlərdən eşitdiniz. Bütün bunlar azmış kimi, sakinlərin iddiasına görə adıçəkilən şəxslər - əsasən də MKTB-nin Müdiri Sərxan tabeçiliyində çalışan işçiləri işdən sonra şəxsi həyətində, fermasında işləməyə, onun satması üçün kapron su qabları, kardon toplamağa məcbur edir. Buna etiraz edənləri isə Ceyhun Məmmədov, Pakizə Vəliyeva, Mircəfər Hüseynzadə, Xədicə Hüseyinzadə və digərləri kimi işdən çıxarır. Hələ üstəlik, iddialara görə, ona haqsızlığa görə ondan şikayət edəcəklərini deyən şəxslərə gülür, onları ələ salır ki, "kimdən kimə şikayət edəcəksən? Prezident aparatında oturanın biri də mənim oğlumdur. Başını sal aşağı, nə deyirəm, onu elə".

Umud Allahverdiyev deyir, "Cibimin pulu ilə dövlət əmlakı olan traktoru təmir etdim, 3.000 manat pul xərclədim, pulumu vermirlər".

Mircəfər Hüseyinzadə deyir, "İcra başçısının ikinci müavini Gülayə xanım Həsənovanın qardaşı Şahin Diaqnostika Mərkəzində həkimi neştərlə qanına qəltan elədi, heç 24 saat da saxlanılmadı. Bundan əlavə şəxsi apteki var ki, orada psixotrop həblər, narkotik tərkibli dərmanlar və narkotik satırlar. Həmçinin, ruhi xəstəxananın dərmanları da Gülayə Həsənovanın aptekində satdırılır." (Hətta, bu barədə digər sakinlər də videonun şərh bölməsində yazmışdılar ki, "Gülayə xanım milyarderdir, onun qardaşı qatildir".)

""Ədalət" partiyasının sədri İlyas İsmayılovu təmsil edən Oruc ötən il Qazax Ruhi xəstəxanasının təmiri üçün 100.000 (yüz min)lik tender uddu, amma, oranı yalandan üzdən edib çıxdılar. Orucun, İlyas İsmayılovun Qazaxda "zapravkaları" (yanacaqdoldurma məntəqələri), hektarlarla torpaqları, milyonları var. Onlar onu nədən qazanırlar?. Onun oğlu Rüstəmin Facebook səhifəsinə baxın, işi-gücü bələdiyyə və digər dövlət idarələrini şantaj etməkdir. Bir çəkiliş edir, səs-küy salır, poketini alır, vəssalam o söhbət orda bitir."

Daha sonra Mircəfər bəy, qeyd edir ki, "Qazax Ruhi xəstəxanasının keçmiş baş həkimi Ramiz doktorun oğlu ruhi xəstədir, mütəmadi müalicələrdədir, amma, buna rəğmən, hazırda Qazax regional səhiyyə idarəsinin hüquqşünasıdır, Bir bacısı da ruhi xəstədir, evində otura-otura adı dövlət işində gedir. Dövlətdən maaş alır."

Bundan əlavə canlı yayımda danışan Qazax sakinləri nələr dedi, nələr...



Bütün bu məlumatlar "DogruXeber.az" informasiya agentliymizdə və "Kanal14." YouTube kanalımızda yayımlandıqdan sonra ailəsi və övladları ilə birlikdə Qazaxdan başını götürüb Bakıya gələn Ceyhun Məmmədov İcra hakimiyyəti tərəfindən rayona dəvət edildi.
Aldığımız məlumata görə həyat yoldaşı işlə təmin olunub, aztəminatlı, eyni zamanda 4 azyaşlı övladı olan bu ailəyə ünvanlı sosial yardım kartı verildi.

Bundan əlavə, rayon sakinləri tərəfindən redaksiyamıza verilən məlumata görə, "oğlunun Prezident Aparatında işlədiyi ilə öyünüb, sıravi sakinləri təhdid edən" (sakinlər belə deyir) Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Sərxan işdən çıxarılıb. Hətta, bildirilir ki, hazırda Prokurorluq tərəfindən işinə baxılır. Şəhər İcra nümayəndəsi Akif Vəliyev isə hələlik bir töhmətlə bu işdən sivrilib çıxa bilib.

Bu qədər narazılıqlara və sakinlərin iddialarına əsasən daha hansı tədbirlər görüləcək, müharibə veteranı Umudun bugünə qədər ödənilməyən pulu ödəniləcəkmi, izləyib görəcəyik və bütün bunlar barəsində sizləri də məlumatlandıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər