Gündəm

"Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO

MUMtv.az: - Cəbrayıl rayon İcra başçısı Kamal Həsənov barəsində rayon sakinlərinin narazılıqları artmaqda davam edir. Demək olar ki hər gün, hər həftə bir Cəbrayıl rayon sakini yayımlanması üçün redaksiyamıza giley dolu videomüraciət göndərir.

"DogruXeber.az" redaksiyasına daxil olan, eləcə də digər sosial medialarda yayımlanan bütün müraciətlərində Cəbrayıl sakinləri icra başçısının saymazlığından, özbaşınalığından, idarəçiliyində olan rayona və sakinlərinə qarşı biganəliyindən danışılır. Son günlər müraciət edən sakinlər isə iddia edir ki, "rayonda bütün önəmli vəzifələri Kamal Həsənov öz yaxınları və rüşvət aldığı adamlar arasında bölüşdürüb. Qəbuluna gedirik ya qəbul etmir, ya da söz verib yola salır, amma verdiyi sözü tutmur. İşdən qovulanları, həmçinin kimlərsə tərəfindən tapşırılan adamları işlə təmin edir, yaxud elətdirir, ali təhsilli, bacarıqlı gənclər iş tapmaq üçün didərgin düşür". Bütün bunlar Cəbrayıl sakinlərinin haqlı gileyinin az qismidir. Xatırlayırsınızsa ötən yayımlarımızdan birində biz Kamal Həsənov barəsində sakinlərin söylədikləri ilə bağlı, qarşı tərəf olaraq Cəbrayıl rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxladığımızda, başçının müavini Fəridə xanım, - "Ay xanım, başçının 80.000 (səksən min) əhalisi var. Hansına kömək eləsin ?!" - demişdi.

Elə Fəridə xanımın bu cavabından bəlli idi Kamal Həsənovun Cəbrayıl rayonunu şəxsi mülkü kimi idarə etdiyi. Üstəlik də 80.000 (səksən min)lik əhalinin heçolmasa qazilərinə belə kömək etməyən başçı, həmin ərəfədə tez-tez şəhidlər xiyabanında "fotosessiya"lar edib, İcra Hakimiyyətinin internet saytında və rəsmi səhifələrində paylaşdırırdı. Həmçinin, bəzi maraqlarını təmin etdiyi tərəfdarları da Cəbrayıl haqqında hər məlumat dərc etdiyimizdə o şəkilləri qarşımızda sərgiləyirdi.

Əlqərəz...

Çox vaxtınızı almadan, keçək növbəti məlumatımıza. Zatən Kamal Həsənovun "sərgüzəşt"ləri nəyinki danışmaqla bitməz, ümumiyyətlə bitmək əvəzinə hələ də davam edir.

Bu dəfə isə redaksiyamıza başçıdan gileylənən Cəbrayıl şəhər sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən 10 saylı Cəbrayıl qəsəbəsində yaşayan Hacıyeva Gülarə Əli qızıdır.

Gülarə xanımın narazılıqları da iddiaları da çox ciddidir. Təkrar yazıb sizi yormayaq.
Aşağıdakı linkdə bütün iddiaları elə xanımın öz dilindən eşidin, ardından söhbətimizə davam edək.



Bəli, gördüyünüz kimi, Gülarə xanım da vurğulayır ki, rayon ərazisində fəaliyyət göstərən bütün dövlət idarələri, hətta polis, prokuror belə başçının əmrinə tabe olur. Bu qanunla olmasa da, İcra başçılarının ÖZƏL QAYDALARIna görə artıq normal sayılır. Daha doğrusu əhaliyə bu anormal prosesi normal qəbul etməyi qəbul etdiriblər.

Xanımın iddia etdiyi kimi bir dövlət İdarəsinin işçisi xidmət zamanı vətəndaşa öz evində təcavüz etməyə cəhd edir, vətəndaş bundan şikayətçi olduğu halda təcavüz edən şəxs buvaxta qədər layiqincə cəzalandırılmırsa, üstəlik təcavüzə məruz qalan qadına 100 (yüz) manat pul uzadılıb, həmin məbləğ qarşısında susması təklif edilirsə, bu artıq həmin rayonun rəhbərinin idarəetməni itirdiyinin göstəricisidir.

Gülarə xanım deyir, -"İcra başçısı Kamal Həsənovun bir dəfə qəbulunda oldum, mənə deyir sənə kömək etməyəcəm, çünki eşitdiyimə görə sən yaman şeysən,atansan".

Bu da İcra başçısının vətəndaşa "səmimi" etirafı. Hər halda tərəfdarları bunu belə adlandırır.

İnanırıq ki, vətəndaşların böyük ümidlə üz tutduğu ölkə başçısı İlham Əliyev, həmçinin Gülarə xanım Hacıyevanın xüsusilə adını çəkdiyi Daxili İşlər Naziri Vilayət Eyvazov və baş prokurorluq məsələyə dair gərəkən araşdırmaların aparılması və lazımi tədbir görülməsi göstəriş verəcəkdir. (Hərçənd ki, Baş Prokurorluq bugünə qədər Cəlilabad rayon Göytəpə qəsəbəsindəki, Daşkəsən rayon Çanaqçı kəndindəki, eləcə də Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsindəki qanunsuz əməllərə bugünə qədər susur.)

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər