Gündəm

"Yalançının evi yandı, heç kəs inanmadı"... - VİDEO

MUMtv.az: - Dünyanın quraqlıq və yaşıllıqların azalması ilə bağlı "həyəcan təbili" vurduğu bir vaxtda, Azərbaycanda "yaşıl terror" günü-gundən daha da artır. Maraqlıdır ki, buna cavabdeh olan qurum - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bunun qarşısını almaq üçün hər hansı tədbirlər görmək əvəzinə, hər kəsilən yaşıllıq ağacları ilə bağlı bir absurd açıqlama verir. Daha doğrusunu desək, müxtəlif bəhanələr uydurur.

Məsələn, elə bugünlərdə Xəzər rayonunda, "Rahat" marketin qarşısındakı kəsilmiş ağaclara görə verilən "açıqlama" kimi.

Rayon sakinlərinin görüntüləri ilə birlikdə o ağacların tamamilə sağlam olduğunu isbat etdikləri halda, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın "biz mətbuata gərəkli açıqlamanı vermişik" deyib, əsl sualın - yəni sakinlər tərəfindən yayımlanan şəkillər barəsindəki suala cavab verməkdən yayınması, onu göstərir ki, məsələdən Ekologiya Nazirliyinin özünün də xəbəri var və bunu sözün əsl mənasında bəhanələrlə ört-basdır etməyə çalışır.

"Yalançının evi yandı, heç kəs inanmadı"... - VİDEO

Yeri gəlmişkən, şəkildə gördüyünüz sağlam ağacların kəsilməsi ilə bağlı ETSN-nin "açıqlama"sı da belə idi ki, "Rayon ərazisində müxtəlif ünvanlarda quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.

“Rayonun bir neçə yerində, o cümlədən Buzovna qəsəbəsindəki “Rahat” marketin qarşısında Agentlik tərəfindən qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilib.”"

Sakinlər isə sözügedən ərazidə marketin maşın dayanacağı üçün genişləndirilməsi səbəbilə ağacların kəsildiyini iddia edir.

Deyir, "Yalançının evi yandı, heç kim inanmadı". Açıq etiraf etmək gərəkirsə, onu demək yerinə düşər ki, heç biz özümüz də ETSN-nin sözlərinə inanmadıq. Doğrudur, heç inandırıcı da deyil. Amma, bundan əlavə "DogruXeber.az" olaraq, biz özümüz də dəfələrlə sözügedən quruma müxtəlif yerlərdə baş verən bu cür ağacların şəxsi məqsədlər üçün məhv edilməsi halları ilə bağlı dəfələrlə yazılı, şifahi bildirmişik. Üstəlik də "DogruXeber.az" informasiya portalında yayımlamışıq axı. Özü də təkcə ETSN-nə yoxe, eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğuna da məlumatlar göndərmişik. Amma, hansısa"qırılmaz bağlarla" biri-birinə bağlı olan bu iki dövlət qurumu, sanki vətəndaşlara qarşı birləşiblər. Susanda ikisi də birdən susur, hərəkətə keçəndə də birlikdə keçirilər. "Hərəkətə keçmək" deyəndə ki, biz də bəzi dövlət saytlarının yalançısıyıq, özümüz bu qədər məlumatların, müraciətlərin qarşısında bir hərəkət görməmişik. Yəni, sadəcə bəzi saytlarda ETSN-nin güya qanunsuz ağac kəsənlər barəsində Baş Prokurorluğa müraciət etdiyi, prokurorluqda da həmin qanunsuz ağac kəsən binəva meşəbəyi barəsində cinayət işi qaldırıldığı deyilir. Lakin, paytaxt Bakıda - uzağa getməyək, elə Tiblisi prospektində, həmçinin "20 yanvar" küçəsində, köhnə hamam deyilən ərazidə, Xətai rayonunda - "Əhmədli" metrostansiyasının ətrafında, Nizami rayonunda - "Neftçilər" metrostansiyasının ətrafında və sair bu kimi müxtəlif ərazilərdə yaşıllıq ağaclarını məhv edib, yerində yaşayış binaları, iaşə obyektləri tikən sahibkarlar barəsində isə ETSN özünün də, prokurorluğun da "lalam, karam, koram" prinsipinə "sıx-sıx sarılmaları" ağacların kəsilməsi barəsində redaksiyamıza məlumatlar göndərən vətəndaşların məsələdən nazirliyin də xəbərinin olduğu və bu olayda onların da müəyyən şəxsi maraqlarının olduğu iddialarının doğruluğunu işarə edir.

Video burada !

Elə nazirliyin özünün verdiyi sərbəstlik idi ki, Bakının Nasimi rayonunda, "20 yanvar" küçəsində yaşıllıq ağaclarını məhv edib, yerində çoxmərtəbəli yaşayış binası inşa etdirən iş adamı (ya da iş adamının adamı) "Nazirlik bilər, biz bilərik" deyə, jurnalistlərin sualına cavab verməkdən yayınmışdı.

Bəli, bu heç kimə sirr deyil ki, yerindən şəxsi məqsədlər üçün istifadəyə görə bütün kəsilən ağaclarla bağlı sahibkarlarla ETSN-nin necə, hansı şərtlərlə və hansı maraqlar xatirinə razılığa gəlmələri barəsində bir sahibkar bilir, bir də cavabdeh nazirlik.
Elə az-çox vətəndaşlar da bilir. Yoxsa, o iddiaları boşuna etmirlər!

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Video burada !

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər