Gündəm

Başçının "müdafiə dəstəsi" yenə də iş başında - VİDEO

MUMtv.az: - Hər gün sosial medialarda və sosial şəbəkələrdə yayımlanan vətəndaş şikayətlərindən, narazı vətəndaşların etiraz səslərindən xalqın artıq cana doyduğu açıq-aydın görünür.

Yerli icra orqanları, xüsusilə İcra başçıları hər kəsin səbrinin sonunu gətirib.

Bir çox icra başçıları sakinlərlə nəyinki görüşlər təşkil etmir, ümumiyyətlə heç qəbula gələn sakinləri saatlarla qapıda gözlədib, qəbul etmir, problemlərini dinləmirlər.

Əlacsız qalıb, mətbuat vasitəsilə ölkə başçısına müraciət edən sakinlər olanda da, başçının işlə təmin etdiyi, müəyyən maraqlarını qarşıladığı "troll ordusu" dərhal sosial şəbəkələrdə dərdini danışan vətəndaşın və onun müraciətini yayımlayan media qurumunun üzərinə "hücum"a keçirlər.

Xatırlayırsınızsa belə bir hal Cəbrayıl rayon İcra Hakimyəti ilə, "DogruXeber.az" informasiya agentliyi arasında da yaşanmışdı.

44 günlük vətən müharibəsində yarı canını qurban vermiş qazinin İcra başçısından olan gileyini yayımladığımıza görə sosial şəbəkələrdə yuxarıda da qeyd etdiyimiz "başçı sevdalıları"nın hücumuna məruz qalmışdıq. Hətta, baş redaktorumuzun evinə belə hücum çəkməyi gözə almışdılar.

Əlqərəz...

Əslində bütün bunları təkrar xatırlatmaqda sözümüzün canı var. Belə ki, bir neçə gün əvvəl Elmira Məmmədova, Xalidə Məmmədova və Aygün Mehdiyeva adlı Cəbrayıl rayon sakinlərinin ardıcıl olaraq, agentliyimiz vasitəsilə ölkə başçısına müraciətlərini yayımladıq.







Videogörüntülər yayımlandığından bəri sosial şəbəkələrdə başçının "hücumçu dəstəsi" videoların şərh bölməsində bir şikayətçi xanımları, bir də görüntüləri yayımladığımıza görə bizi kobud ifadələrlə söz atəşinə tutublar. Digər tərəfdən də "sülhsevər elçilər" fəaliyyətə başlayıblar. Doğrusu hər iki variantın eyni vaxtda paralel aparılmasını tamamilə məntiqsiz hesab edirik. Bu qədər adamı bizim və şikayətçilərin üzərinə yönləndirməkdənsə, həmin sakinlərin tələblərini yerinə yetirib, mövcud problemlərinin aradan qaldırılması üçün qismən də olsa müəyyən addımlar atmaq daha doğru olmazmı? Hansı ki, şikayətçi tərəflər haqlı olaraq çox sayda yerli sakinlərin işsiz olduğu halda, İcra başçısının rayondakı müəyyən iş yerlərinə digər rayon sakinlərini təyin etməsindən, əvvəl çalışdığı iş yerində korrupsiya və dağıntıya yol verdiyinə görə işindən azad edilənlərin, yenidən vəzifəyə təyin edilməsindən narazılıq ediblər. Lakin, hələ də mövcud problemlərini kimsənin dinləmədiyini, əksinə mətbuata müraciət etdikləri üçün, bəzi səlahiyyətli şəxslər tərəfindən təpgilərə məruz qaldıqlarını deyirlər.

Əgər, Cəbrayıl rayon İcra Hakimyəti bu cür ucuz vasitələrlə bizi susduracağını düşünürsə, yanılır.

"DogruXeber.az" informasiya portalı adından da göründüyü kimi hər zaman doğru xəbərləri, doğru ünvanına çatdırmaq Məqsədi Uğrunda Mübarizəsini (MUM.TV (YouTube)) davam etdirəcəkdir.


Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər