Gündəm

Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "ransver" edilib  - VİDEO

MUMtv.az: - DogruXeber.az informasiya agentliyinin daimi izləyiciləri yəqin xatırlamış olarlar.

Bir neçə ay bundan öncə redaksiyamızda Beyləqan şəhəri Ş.H.X.Ç.D.X - nin Beyləqan şəhər şöbəsinin rəisi Məmmədov Əlsafa Musa oğlunun "əsgər biznesi" barəsində məlumat dərc edilmişdi.

My Webpage

Məlumat dərc edilmədən öncə qarşı tərəf olaraq mövqe bildirməkdən kobudcasına imtina edən, əməkdaşlarımıza qarşı hörmətsizlik edərək, üzlərinə telefonu söndürən Əlsafa Məmmədovun barəsində redaksiyamıza şikayət edən rayon sakinləri bildirirdilər ki: "Əlsafa Məmmədov hər kəsin yanında Arzu Rəhimovun qohumu olması ilə öyünür".

Doğrusu ilk eşitdiyimizdə biz də inanmaqda tərəddüd etmişdik. Çünki, adımızdan da göründüyü kimi biz "DogruXeber.az" redaksiyası olaraq, doğruluğuna əmin olduğumuz xəbərləri paylaşırıq. Lakin, Əlsafa Məmmədovun sərbəst özbaşınalığı, "maneəsiz inkişaf edən əsgər biznes"inin şahidləri olan Beyləqan rayon sakinlərini dinlədikcə və Ə.Məmmədovun da "mənlik deyil, mənim rəhbərliyimdən mövqe öyrənin" deməsinin özü də əslində bizə bir etiraf idi.



Məlumatlar redaksiyamızda yayımlandıqdan sonra Əlsafa Məmmədov "dərhal hərəkətə keçdi". Şəxsi əlaqələrindən istifadə edərək, məlumatları silməyimiz üçün bizə minnətçilər göndərməyə başladı.

Bu oxu da daşa dəyən Ə.Məmmədov və "day-dayı"sı deyəsən keçdilər "B planı"na.

Ötən həftə aldığımız məlumata görə Əlsafa Məmmədov Beyləqan rayon Hərbi Komissarlığında tutduğu vəzifədən azad edilib və eyni vəzifə üzrə, yəni Sabirabad rayon Hərbi Komissarlığına rəis təyin edilib.

Bu da onu düşünməyə əsas verir ki, Əlsafa Məmmədovun fəxrlə hər kəsə barəsində bəhs etdiyi "day-dayı" söhbətinin həqiqət olmasının işarəsi, yaxud da bir sübutudur.

Yoxsa, korrupsioner olması barəsində bütöv bir rayonun əksər sakinlərinin şahidliyi və narazılığı olan məmuru, üzərində əyləşib, hər kəsə "meydan oxuduğu" kürsüsündən endirmək yerinə, o kürsünü başqa bir rayona evakuasiya etmək nə deməkdir?

Yəqin, işindən azad etməyə "adamları" qıymayıb, ya da onun bu cür çalışması kimlərinsə də işinə yarayır.

Artıq, bu yerdəyişmədən sonra düşünməyə başqa heç nə qalmır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər