Gündəm

Yüksəlişin  yolu korrupsiyadan keçir? - Adı korrupsiyada hallanan həkimə yeni vəzifə verildi  - VIDEO

Emin Hüseynli!
Bu ad çoxlarına (yerli media, hüquq-mühafizə orqanları, və s) taa onun Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi olduğu dövrdən tanışdır.
Hansı ki, o dövrlərdə, onun haqqında tez-tez sosial medialarda tənqidi yazılar dərc edilir, vətəndaş şikayətləri yayımlanırdı. Beləliklə, haqqında saysız-hesabsız şikayətlər olan baş həkim haqqında nəhayət ki, layiqli qərar verildi və o tutduğu vəzifədən azad edildi. Lakin, nə hikmətsə, çox keçmədən o, Qobustan rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi.

Emin Hüseynli öyrəşdiyi "iş prinsipləri"ni burda da davam etdirməkdən çəkinmədi. Çox keçmədən xəstəxanada müalicə alan xəstələr və xəstə yaxınları ondan şikayətlər etməyə başladılar. Ardından, özü azmış kimi, deyilənə görə özü ilə Astara rayon xəstəxanasından gətirdiyi xanım "köməkçisi" ilə birlikdə başladılar xəstəxanada çalışan texniki işçiləri, təmizlikçiləri və həkimləri incitməyə. Hətta, xəstəxanada 28 il həkim -terapevt olaraq çalışan və Emin Hüseynlinin işdən çıxardığı Bəylər həkimin adına bankdan kredit götürüb və ödəmədiyi iddiası da "DogruXeber.az" informasiya portalında yayımlandı.



Bundan əlavə, yerli sakinlər tərəfindən Emin Hüseynlinin rüşvətlə topladığı iddia olunan əmlaklarının bir hissəsi də lentə alınıb, yayımlandı.
Amma, nafilə...
Bir neçə ay əvvəl Qobustan rayon, Poladlı kənd sakini Rəhimov Seymur Ocaqverdi oğlu tərəfindən "Dogruxeber.az" redaksiyasına daha bir giley dolu müraciət daxil oldu.

İşçilərinə meydan oxuyan baş həkim jurnalisti də təhdid edir... - VİDEO FAKT

Redaksiyamıza daxil olan müraciətlə bağlı qarşı tərəf olaraq, Emin Hüseynli ilə telefon əlaqəsi saxladıqda isə, Emin Hüseynli deyilənləri təkzib etməklə "ürəyi soyumadı", üstəlik "güvəndiyi dağlar"ın verdiyi cəsarətlə bizi - "Elə etməyin qapınızı başqaları döysün" - deyə, təhdid etdi.
Biz bu təhdidlə bağlı Azərbaycan respublikası Baş Prokurorluğuna müraciət etdik və şəxsin təhdid etməsi ilə bağlı səs yazısını belə Prokurorluğa təqdim etdik. Baş Prokurorluq məsələni Qobustan rayon Prokurorluğuna yönləndirdi. Qobustan rayon Prokurorluğu isə adəti üzrə şikayəti rədd etdi.

Baş həkimin "qoruyucu mələkləri" bu dəfə də onu prokurorluqda müdafiə etdi - VİDEO

Qeyd edək ki, aldığımız məlumatlara görə Emin Hüseynli barəsində Qobustan rayon Prokurorluğuna dəfələrlə vətəndaşlar tərəfindən şikayətlər edilib və hamısı da hansısa "naməlum" səbəblərdən rədd edilib.

Burda şübhələr meydana çıxır, Emin Hüseynlini himayə edən prokurorluq özüdür, yoxsa onların belə sözünü yerə sala bilməyəcəyi başqa bir "hörmətli şəxs"dir?

Nə yazıq ki, Emin Hüseynli barəsindəki məlumatlar bununla bitmir.

31.04.2022-ci ildə yerli mediada yayımlanan rəsmi xəbərlərə görə Emin Hüseynli Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov əmrinə əsasən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Baş direktor təyin edilib.

Təsəvvür edirsiniz?
Bu qədər şikayətlərə rəğmən, kiçik rayondan alınıb, daha böyük bir rayon Mərkəzi Xəstəxanasına Baş direktor təyin olunmaq.

Görünür, Emin Hüseynli bizlərə naməlum "qoruyucu mələkləri" usanmadan, "böyük həvəslə" ona "itaət etməkdə", onu qorumaqda davam edir.

Bu gedişlə növbəti təyinatın daha böyük vəzifəyə olacağına şübhə qalmır.

Allah şair Qabilə rəhmət eləsin.

Deyir: "Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz.
Səhv düşəndə yerimiz."

Azərbaycan təhsilinin və Azərbaycan səhiyyəsinin 21-ci əsrdə inkişaf etmək yerinə, hər gün geri getməsinin səbəbi, məhz hər iki vacib sahədəki səlahiyyət sahiblərinin yerlərinin səhv düşməsidir.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər