Gündəm

Xocavənd  "krallığı"  sakinlərin haqlarına qənim kəsilib - NARAZILIQ // VİDEO

"DogruXeber.az" informasiya portalında Xocavənd rayon "hökmdarı" Eyvaz Hüseynovun "xüsusi tapşırığı" ilə işdən çıxarılan müəllim, Bayramova Vəzifə Əmiraslan qızı barəsində məlumat vermişdik.

Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY

Xatırlatmaq üçün qeyd edək ki, Vəzifə xanım Bayramova Xocavənd rayon Muğanlı kənd sakinidir. 18 il Muğanlı kənd orta məktəbində müəllim işləyib. 2008-ci ildə prezident seçkilərində müşahidəçi kimi iştirak etməsi üçün Xocavənd rayon Təhsil şöbəsinin göstərişi ilə 133 saylı seçki məntəqəsinə göndərilən Vəzifə Bayramovanın işlədiyi məktəbdə işinə xitam verilib. Onun yerinə isə İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun dostu - eyni zamanda sinif yoldaşı Ələddin Quliyevin qızı Əfsanə Quliyeva ikinci iş yeri olaraq, təyinat alıb.



Vəzifə xanım Bayramova işinə geri qayıtması, yaxud hər hansı bir işlə təmin edilməsi üçün 2008-ci ildən bugünə qədər mübarizə aparır. Özünün də dediyinə görə müraciət etmədiyi dövlət qurumu qalmayıb. Lakin, bütün cəhdləri boşa çıxıb.

Vəzifə xanımın iddiasına görə onun işdən çıxarılması üçün tapşırıq İcra başçısı Eyvaz Hüseynovdan gəlib.

Doğrudur, yenə deyəcəksiniz ki, təhsilin icra hakimiyyətinə aidiyyatı yoxdur. Amma, həmişə demişik, yenə də deyirik: Yanlış düşünürsünüz.

Rayon Mərkəzi Xəstəxanalarına - baş həkimlərə, məktəb direktorlarına "racon kəsən" İcra başçılarını da az görmədik. Təbii ki, onları da yalnız vəzifələrindən azad edildikdən sonra ortaya çıxanda bildik.

Heç uzağa getmədən, Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi olarkən, xəstəxana işçilərinin və sakinlərinin əlindən cana doyduğu, haqqında kifayət qədər rüşvətxorluq və özbaşınalıq iddiaları olan və bütün bunlara görə tutduğu vəzifədən azad edilən, ardından Beyləqan rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ruhəngiz Bəşirovanın da İcra başçısı Eyvaz Hüseynovun çox yaxın adamı olduğu deyilir. Elə işindən azad edilə Vəzifə Bayramovanın yerinə təyinat alan Əfsanə Quliyevanın da Eyvaz Hüseynovun dostunun qızı olması heç də təsadüfə bənzəmir.

Özü də İstər pay torpaqlarının İcra başçısı və ailə üzvləri tərəfindən mənimsənildiyindən gileylənən 80-ə yaxın Xocavənd sakinlərinin, istərsə də 2008-ci ildən bugünə qədər işinə bərpa olunması üçün "çarpışan" Vəzifə Bayramovanın nəinki, şikayətlərinə baxılmır, ümumiyyətlə buna görə İcra başçısı rahatlığını belə pozmur.
Sanki, belə də olmalı imiş...

Maraqlıdır, bu qədər özbaşınalıq və narazılıqlara rəğmən 30 illik "krallığın" səbəbi nədir?...

Mövzuya qayıdacağıq.

DogruXeber.az

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər