Gündəm

Sumqayıt  bələdiyyəsinin  "qara-qura"  işləri..._ VİDEO

"Vəzifə şirin olur" deyirlər.
Doğrudur, bu ifadəni hər kəs deyil, o "şirinliyi dadanlar" işlədir daha çox. Amma, əslində vəzifəni "şirin" göstərən, ona sahib olarkən, istədiyini edə bilmək fürsətidir. Bəlkə də bu fikrimizlə bəziləriniz razılaşmacaq ki, "məyər vəzifədə olan istədiyini edə bilər?!"

Haqlısınız, qanunla işləsələr edə bilməzlər. Amma, gəlin görək nə ərazisinə, nə əhalisinin sayına görə çox da böyük olmayan Azərbaycanımızda hansı vəzifəli şəxs, hansı məmur xalq üçün deyil, özləri üçün qanunlara tabe olurlar?

Təəssüf ki, qanunlar xalqın öz dili ilə desək, "kasıblar üçündür". O da həmişə yox. Baxır harda ?! O "kasıbı susdurmaq" lazım olanda...

Bəli, bu ölkə məmurlarının bizə düşünməyə və deməyə əsas verdiyi fikirdir. Söylədiklərimizə misal gətirəcək o qədər nümunələr var ki, sadalayıb çox vaxtınızı almaq istəmirik. Zatən bilirsiniz və əksəriyyətiniz də bu nümunələrin tərkib hissəsiniz.

Bu yazıda isə biz sizə yerlərdə İcra başçılarının "sağ əli" sayılan bələdiyyə sədrlərinin özbaşınalıqları barəsində danışacağıq.

"DogruXeber.az" informasiya portalında tez-tez bələdiyyə və İcra başçılarının özbaşınalıqları gündəmə gətirilir. Təbii ki, bütün sözügedən məmurların hamısını bir yazıya sığdıra bilmərik. Odur ki, hər zaman olduğu kimi, bu dəfə də bir şəhərin bələdiyyə sədri və onun "himayədarı" (yaxını olduğu deyilən) icra başçısından danışacağıq.

Sumqayıt şəhər sakinləri tərəfindən belə bir məlumat daxil oldu ki, Sumqayıt şəhər bələdiyyəsinin sədri "şəhərin ana xətti" deyilən min kanalizasiya boru xəttinin üzərinə böyük bir obyekt inşa etdirir. Məlumat daxil olan kimi, dərhal media əməkdaşları sözügedən ünvana yollandı və videogörüntülərdə gördüyünüz kimi deyilənlərin həqiqət olduğunun şahidi oldular.

Şəhər sakinlərinin dediyinə görə İcra Hakimyyəti başçısı Zakir Fərəcovun yaxını olan bələdiyyə sədrinin özü üçün inşa etdirməkdə olduğu tikinti ərazisinə gəlib baxış keçirən su-kanal idarəsi də əvvəl etiraz edib. Lakin, nə hikmətsə, sonralar daha nə onlar ərazidə bir də görünüb, nə də tikintinin aparılmasında bir ləngimə (maneə) müşahidə olunub. Yəni, iş öz axarı ilə bu gün də davam etdirilməkdədir. Görüntüləri lentə alan media nümayəndələri ətraflı məlumat almaq üçün ərazidə tikintiyə cavabdeh bir şəxs tapa bilməyiblər.



P.S: Qeyd edək ki, sözügedən tikintinin videogörüntüləri artıq "MUM.TV" YouTube kanalımızda yayımlanıb və həmin paylaşımın şərh bölməsində Sumqayıt Şəhər İcra Hakimiyyəti artıq tikintinin dayandırıldığını yazıb.

"DogruXeber.az" olaraq, vurğulayırıq ki, bu kimi tikintilər Sumqayıt şəhərində bir neçə ərazidə mövcuddur. Növbəti yayımlarımızda silsilələrlə onların da barəsində portalımızda məlumatlar yayımlayacağıq.

Diqqətiniz bizdə olsun!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər