Gündəm

Şamaxı rayonunda “güclü quruculuq abadlıq işləri aparılır” Görəsən hansı səviyyədə?- VİDEO
 
 
 
 
 
 
 
 
 
Bir çox bölgələrimiz var ki, İlahi tərəfindən verilmiş təbii gözəllikləri özündə cəm etmişdir. İnsanların həyatı, varlığı üçün ən vacib olan hava,su və ana təbiətdir ki, varlıq aləmində canlılar ücün mühüm amillərdir. Qeyd etdiyimiz bölgələrdən biridə qədim tarixə malik olan Şamaxı rayonudur ki,burada qədimi abidələr,tarixi məkanlar və ən əsası Pirquli kimi gözəl havası, suyu və qeyri-adi mənzərəsi olan bir məkanı vardır.

Bəs, görəsən, bu cür gözəllikləri özündə əks etdirən bir rayonun sakinlərinin yaşayış səviyyəsi hansı vəziyyətdədir? Bu elədə çətin sual olmadı, necəki dahilərdən misal var deyərlər "Görünən dağa nə bələdçi?” bəli, burada fikirlər haçalanır, bəziləriniz düşünəcəksiniz ki,imkanlılar üçün hər şey gözəldir,bəziləriniz isə deyəcəksiniz ki,imkansızlar üçün nə gözəlliklər olur-olsun fərqi yoxdur onların günü hər gün qaradır.

İndi isə gəlin olub bitənlər haqda rayon sakinlərinin özlərindən öyrənək. Görək bu cür gözəlliklərdən necə faydalana bilirlər və yaxud faydalana bilirlər!?
Ötən gün DogruXeber.az informasiya agentliyinin redaksiyasına Şamaxı rayon sakinləri tərəfindən müraciət daxil olmuşdur. Müraciətdə bildirilir ki,bir neçə ay öncə ölkə daxili olunan zəlzələ nəticəsində bir neçə rayonda evlərin uçması nəticəsində bir çox yerli sakinlərə maddi ziyan dəymişdir. Baş verən hadisə ilə bağlı ölkə prezidenti cənab İlham Əliyev tərəfindən FHN-nə verilən göstərişdə dağılmış evlərin yenidən tikilməsi və az ziyan dəymiş evlərin isə təmir bərpa olunması haqda tapşırıqlar vermişdir.

FHN-yi tərəfindən aparılan işdən narazı olan Şamaxı rayon sakinləri bildirir ki,rayonda aparılan işlər yerli məmurların səxsi maraqları naminə aparılır. Belə ki,tam qəzalı vəziyyətdə olan evləri bərpa etmək əvəzinə normal vəziyyətdə evləri yenisi ilə əvəzləyirlər. Sakinlərin bildirdiklərinə inansaq,tikinti aparan qurumun səlahiyyətli nümayəndələri ilə əlbir olan rayon icra nümayəndələri müəyyən məbləğ qarşılığında bəzi insanların evinin tikintisini önə salaraq digər vətəndaşların həyatlarını təhlükə altında buraxırlar.

Aşağıda diqqətinizə çatdıracağımız video-görüntülərdə hər şey açıq-aydın görünür. Şamaxı rayon Cəlil Məmmədquluzadə ev 10-da yaşayan Nəbiyev Samir Nəbi oğlu və rayonun Mesərli kəndində məcburi köçkün kimi yaşayan Nəcəfov Möhübbət Əmir oğlu və bir neçə sakinlər acınacaqlı vəziyyətdə olduqlarını bildiriblər. Hətta bu barədə rayon icra başçısına dəfələrlə müraciət etdiklərini qeyd edirlər. Təəssüflər olsun ki,rayon icra hakimiyyəti tərəfindən sakinlərə hansısa bir tədbir görülməyib.

P.S. Məsələyə aydınlıq gətirilməsi üçün redaksiyamız tərəfindən Şamaxı rayon icra hakimiyyəti ilə telefon əlaqəsi saxlamağa çalışdıq. İlk olaraq Rayon icra başçısının 1-ci müavini hörmətli Qasımov Qasımla əlaqə saxladıq. Dəstəyi qaldıran şəxs özünü Q. Qasımovun köməkçisi kimi təqdim edərək bildirdi ki,müavin ərazidədir və bu gün olmayacaq. Növbəti zəngimiz isə başçının müavini ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri hörmətli Gülnisə Ələkbərova oldu. Xanım müavin isə bildirdi ki,məsələ mənə aid deyil odur ki,Ərazi idarəetmə və özünü idarəetmə şöbəsi ilə əlaqə saxlamağımızı tövsiyə etdi. Amma bu dəfədə cəhdimiz boşa çıxdı və telefonlarımıza cavab verən tapılmadı.

P.S.S. İcra hakimiyyətində rəhbər heyyətin başları hansısa güclü işlərə qarışıbsa, suallarımıza cavab ala bilmədik. Vətəndaşların narazıçılıqlarına diqqət etdikdə məlum olur ki,rəhbər heyyətin başı əhalinin probleminə deyil,şəxsi çıxarlarına qarışıb.



"DogruXeber.az"


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər