Gündəm

Sumqayıt qəbristanlığında "MƏZAR MONOPOLİYASI"... -  SOCAR da bu "biznes"in  şərikidir ? // VİDEO

MUMtv.az: - "Ölüm haqqdır. Hər kəs üçün var." Bu ifadəni hamımız işlədirik. Amma, təəssüf ki, özümüzə xatırlatmaq üçün deyil, başqalarına nəyisə anlatmaq istərkən, bu cümlələrdən istifadə edirik. Özümüzə gəldikdə isə heç ölməyəcəkmişik kimi yaşayırıq. Kimimiz yaxşı əməllərimizlə, kimimiz başqalarının haqqına göz dikərək...

Bəli, növbəmiz gəldiyində hamımız tək-tək müvəqqəti yaşadığımız sınaq meydanını tərk edirik. Amma, nə yazıq ki, yuxarıda da qeyd etdiyimiz kimi heç ölməyəcəkmiş kimi yaşayan bəzi işbazlar müvəqqəti yaşadığımız dünyadan getmək növbəsi çatanlardan - yəni, ölənlərdən belə yararlanmağın yollarını tapırlar.

Məhz belə işbazların biznesinin "qurban"ı olacaq yaxınlarımızı düşünəndə bəzən ölmək də istəmir adam. Doğrudur, təəssüflər olsun, bəzən zəiflik, dözümsüzlük göstərib, intiharı çıxış yolu seçərək, aramızdan gedənlər olur. Amma, onlar bu əməlləri ilə bir növ, həm də eqoizm nümayiş etdirmiş olurlar. Çünki, iqtisadi böhranın hər evdə "qonaq" olduğu bir dövrdə ölümün xərcləri yaşamaqdan daha çoxdur.

Ölən ölür... Yaşayanlar da düşüb qapı-qapı onun xərclərini ödəmək, el-obanın dilinə düşməmək, bu məclisi hər kəsi razı salacaq dərəcədə, üzüağ yola vermək üçün pul tapmağa çalışır.

Xərclər də ki... Mərasim evi (yaxud çadır), ölüm günü, üç, yeddi, 4 Cüməaxşamı, qırx, qara bayram...
Hələ ildönümlərini, bir il ara günlər başsağlığına gəlib - gedənləri demirik. Amma, nə yazıq ki, bunlar da hamısı deyil. Əsas xərclər cənazənin dəfn olunması ilə bağlı olan xərclərdir.

İndi biz yazaq, siz də hali olun...

Bir müddət əvvəl "DogruXeber.az" informasiya portalında Sumqayıt şəhərində "qəbir monopoliyası" ilə məşğul olan şəxs barəsində məlumat yayımlamışdıq. Hansı ki, həmin məlumatda Firuz adlı şəxsin şəhər qəbristanlığında rəhmətliklər üzərindən necə "biznes" qurduğunu vurğulamışdıq.

Xatırlatmaq üçün təkrar qeyd edək ki, Firuz adlı şəxsin sözügedən biznesinə daxildir: Qəbir yerlərinin satışı, cənazənin dəfn olunması, məzarın çiçəklərlə bəzədilməsi, çeşidbə-çeşid qəbir daşları, yasin oxunması (molla xidməti) və bu kimi bəzi xidmətlər. Bütün bunlar üçün də nəzərdə tutulmuş "qiymət poketi" mövcuddur.

Məsələn, yuxarıda sadaladığımız xidmətlər şəhər kənarında yeni salınmış - "təzə qəbristanlıq" deyilən yerdə cəmi 260 AZN təşkil edir.
Şəhərin içindəki "köhnə qəbristanlıq"da isə eyni xidmətlər 400 AZN-ə başa gəlir.

Yeri gəlmişkən onu da xüsusi vurğulamaq istəyirik ki, "köhnə qəbristanlıq"da yer az olduğu üçün, orada hər kəsə cənazə dəfn etməyə icazə yoxdur. Oradan məzar yeri almaq üçün yalnız "seçilmiş", "xüsusi hörmətli" şəxslərin "xahişi" nəzərə alınır. Sadə vətəndaşlar üçün "sərfəli qiymətə" "təzə qəbristanlıq"da xidmət təklif olunur. Özü də Firuz adlı "biznesmen"in satdığı o yerlərin müəyyən bir hissəsi də aldığımız məlumata görə "SOCAR" neft şirkətinin ərazisinə daxildir.



Uzun illərdir "çörəyini qəbristanlıqdan çıxaran" Firuz bəyə buvaxta qədər kimsənin "gözün üstdə qaşın var" deməməsinin səbəbi isə aldığımız məlumata görə Zakir Fərəcovla yaxınlığıdır.

Qeyd edək ki, Firuz bəy əslən Qubadlı rayonundandır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 39

Son xəbərlər

Sabah 25 dərəcə isti olacaq

Putinin maketi karnavalda təqdim edildi

Keçmiş bələdiyyə işçisi sədr haqqında elə sözlər dedi ki... - ŞOK AÇIQLAMALAR

Zelenski dünya liderlərinə müraciət edəcək

Türkiyə qırıcıları Bakı səmasında

Prezident Roma Papasına məktub göndərdi

Azərbaycanda polis havaya ATƏŞ AÇDI

Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib

Naxçıvan əhalisinin sayı artıb

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

"Hubble" teleskopu kainatda unikal yerin şəkilini çəkdi

Taleyin ağır sınaqlarına sinə gərən sənətkarın etirafları // MÜSAHİBƏ

Bu gün Əfv komissiyasının sonuncu iclası keçiriləcək

İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş - VİDEO

ASCO-nun sədr müavini İŞDƏN ÇIXDI

"Dünyada qaçqınların sayı 100 milyonu ötüb" - BMT

Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Metroda qadının çantasından telefon və pul oğurlandı

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

“AZƏRLOTEREYA”NIN “MİSLİ” GÖRÜNMƏMİŞ YALANI - əhalini qumarbaza, ölkəni qumarxanaya çevirənlər - ARAŞDIRMA

Alça 10, gilas 20 manat... - Yerli məhsulların qiyməti niyə düşmür?

Putin müharibəni qəsdən uzadır: hədəfi budur

Azərbaycan nefti bahalaşdı

Bütün xəbərlər