Sosial

Qazilər bizim baş tacımızdır, amma belə olmaz - Qazilərin dilindən tənqid


Uzun illər müharibə şəraitində yaşayan bir xalq kimi hər zaman Azərbaycanda qazilərə, şəhidlərə və onların aillələrinə yanaşma həssas olub.

Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə qazi adı bizim üçün xüsusi dəyər qazanıb. Torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşında iştirak edən şəxslərə müharibə dövründə göndərilən yardımlar, xüsusi həssas münasibət onlara olan böyük sevginin bariz nümunələrindən idi.

Lakin müharibə bitdikdən sonra biz zaman-zaman “qazi” adından sui-istifadə hallarının şahidi olduq. Son vaxtlar yol hərəkəti qaydalarının pozuntusuna yol verdikdən sonra qazi olduğunu deyən, bəzən maşnının üstündə “qazi” yazan şəxslər də tez-tez gündəmə gəlir.

Baş Dövlət Yol Polis İdarəsindən Ölkə.Az-ın sorğöusuna cavab olaraq bildirilib ki, bəziləri qazi statusundan sui-istifadə etməyə çalışaraq, öz statuslarına kölgə salmış olurlar:

Qazilər bizim baş tacımızdır, amma belə olmaz - Qazilərin dilindən tənqid

“Bəzən idarə etdikləri avtomobillərin nömrə nişanlarını çıxararaq yola çıxırlar. Burada tək məqsəd yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaqdır.

Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və özlərinə haqlı qazandırmağa çalışırlar. Qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq, lakin qanun hər kəs üçün qanundur.

Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar”.

Vətən müharibəsi iştirakçısı qazi gizir Rüfət Hacızadə hərbçilərin bu cür hallara yol vermədiyini deyib:

Qazilər bizim baş tacımızdır, amma belə olmaz - Qazilərin dilindən tənqid


“44 günlük Vətən müharibəsində gizir rütbəsi ilə döyüşmüşəm. 2017-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirəm. Hərbçi olan insanlar nə müharibə vaxtı video çəkib bir şey istədilər, nə müharibədən sonra haradasa səs-küy salıb “biz beləyik” dedilər”.

Gizirimizin sözlərinə görə, qazi olmaq qanunu pozmaq demək və yaxud da qanunu öz sui-istifadəsi üçün yönəltmək deyil:

“Mən özüm də müxtəlif hallarla qarşılaşıram. Telefonuma zəng gəlir ki, bəs xahiş edirəm mənə kontur göndərin, mən qaziyəm. And olsun Allaha həqiqətən utanc hissi keçirirəm”.
R.Hacızadə deyib ki, vəziyyətdən sui-istifadə edənlər digərlərinin də xalqın gözündən düşməsinə səbəb olur:

“Sui-istifadə halları sabah birisigün həqiqətən xalqın gözündən qazi olan insanların dəyərini salır. Bu, bizə çox pis təsir edir. Çünki hər hansı 2-3 nəfər şərəfini itirmiş insana görə bütün şərəfli insanlar xalqın gözündə fırıldaqçı kimi görünür. Belələri xalqın sevgisindən sui-istifadə edirlər”.

Ölkə.az-a danışan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bu məsələnin birmənalı olmadığını söyləyib:


Qazilər bizim baş tacımızdır, amma belə olmaz - Qazilərin dilindən tənqid

“Bu məsələ incə məsələdir. Bunun içərisində obyektiv olan məsələlər də var, müharibəyə aidiyyəti olmayan şəxslər də var. Həmişə qazi, döyüşçü adından istifadə edənlər olub. Baxırsan ki, qazi kənarda qalır, başqaları bundan istifadə edir.

Birinin ürəyi atılır obyektinin adını qazi qoyur, bir başqası vergidən yayınmaq üçün edir, digəri hansısa məqsəd üçün edir. Yəni əslində bu, birmənalı deyil. Ona görə də birmənalı cavab vermək olmur. Qazi adı çox böyük müqəddəs bir addır. Qazi şəhidin bir parçasıdır, onun qanı vətən torpağına bulaşıb. Bu, Allah yanında bir məqamdır. Qanunvericilikdə də qazi və şəhid adları var. Bunlar dövlətin atributudur. Burada o qədər incə qatlar var ki, danışmaqda çətinlik çəkirəm. Vəziyyətdən sui-istifadə edənlərin qarşısını almaq lazımdır”.


22-12-2021, 11:15

Son xəbərlər

Brent ucuzlaşdı

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı - "Bakıya göndərəcəklər"

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək - TENDER NƏTİCƏSİ

Tale Heydərovun adı keçən çoxmilyonluq əmlak davasında ŞOK detallar

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu var

Bütün xəbərlər