Gündəm

Qazi dövlət agentliyinin yaydığı məlumata etiraz etdi:
MUMtv.az:  - Xəbər verdiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayaraq Vətən müharibəsi qazisi Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq işçi qrup tərəfindən əyani müayinəsinin aparıldığı bildirilib. Agentlik işçi qrup tərəfindən aparılan əyani müayinənin nəticələri və Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədəki diaqnoz əsasında qanunvericiliyə uyğun olaraq Sahil Həsənliyə II dərəcə əlillik (müddətsiz) təyin edildiyini açıqlayıb. Qeyd olunub ki, Sahil Həsənlinin aldığı xəsarətin (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü) yalnız II dərəcə əlillik təyinatına əsas yaradır.
Yeniavaz.com xəbər verir ki, qazi S. Həsənli videomüraciət yayaraq agentliyin açıqlamasına etiraz edib. O bildirib ki, onun qolu tamamilə amputasiya edildiyi halda, sadəcə 1/3 hissəsinin amutasiya edildiyi yazılıb və yanlış əlillik təyin edilib: "Əlillik dərəcə kağızında qeyd olunmalıdır ki, maşınla təmin olunsun, o yazılmayıb. Yəni maşın adımdan çıxıb. Məcburi köçkünlər haçan köçürülərsə, 1 il, 3 il, 5 il – o zaman ev veriləcək. İşlə təmin olunmamışam. Əlillik dərəcəm də düzgün verilməyib. Yazılıb ki, qolun 1/3 hissəsi amputasiya olunub. Halbuki, mənim qolum dibdən yoxdur. Gözüm, qulağım zədələnib, bağırsağım əlimdə düşmüşəm aşağıya, yaralı vəziyyətdə. Bir də böyük bir yanıq izim var. Bunların hamısı ağ yalandır. Heç kimə inanmayın”.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaydığı məlumatda qazinin mənzil və avtomobillə təmin olunması üçün qeydiyyata götürüldüyünü və yaxın aylarda bu təminatın həyata keçiriləcəyini qeyd edib. Həmçinin Sahil Həsənlinin ilkin hazırlıq mərhələsi üçün sadə protezlə təmin olunduğunu, qısa müddətdən sonra isə qaziyə yüksək texnologiyalı protezin veriləcəyi bildirilib.


Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər