Gündəm

Qazi atası 26 ildir müharibə veteranı statusu ala bilmir - GİLEY

 

 
Mumtv.az: - Nəriman Nurəddin oğlu Həsənov 1995-ci ildən bəri Vətən Müharibəsi İştirakçısı statusunu ala bilmir. Bu barədə danışan Qarabağ Qazisi bildirir ki, o, 1992-ci ilin avqust ayında könüllü olaraq Orduya yazılıb.

Nəriman Həsənov deyir ki, Laçın, Zəngilan, Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. "Orduda BMP-2-nin sürücü-mexanik olmuşam. Keçdiyim döyüş yolum həbir biletimdə bir-bir qeyd olunub”.

Qazimiz qeyd edir ki, 1995-ci ilin sentyabrında Ordudan tərxis olunsa da, həmin vaxtdan indiyə qədər Qarabağ Müharibəsi Veteranı və iştirakçısı statusunu ala bilir. Bununla bağlı zəruri olan bütün dövlət qurumlarına da müraciət edib. Lakin yenə də istəyinə nail ola bilməyib. Nəriman Həsənov deyir: "Əvvəlcə, Sabunçu rayon Hərbi Komissarlığına getdim. Orada mənim sənədlərimlə tanış oldular və bildirdilər ki, müharibə veteranı statusu ala bilərəm. Hələ üstəlik onu da dedilər ki, bu işi çox gecikdirmişəm”.
 

Qazi atası 26 ildir müharibə veteranı statusu ala bilmir - GİLEY

 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət edən qaziyə birinci müraciətindən sonra cavab verilməyib. İkinci cəhddən sonra isə Arxiv İdarəsindən ona bildiriblər ki, barəsində onlarda heç bir məlumat yoxdur. "Hərbi Biletimdə keçdiyim döyüş yolum bir-bir qeyd edilib. N saylı hərbi hissənin tərkibində həm döyüşmüşəm, həm də qulluq etmişəm. Həmin hərbi hissə də Müdafiə Nazirliyinin tabeliyində olub. Mənə maraqlıdır ki, nazirlik ona tabe olan hərbi hissədə qulluq edən şəxsi heyət haqqında niyə məlumatsızdır?”

Nəriman Həsənov qanuni haqqını almaq üçün mətbuat vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, onlardan kömək istəyib.

Xatırladaq ki, qazimizin oğlu da Vətən Müharibəsi iştirakçısı və Qazisidir. Belə ki, Nəriman Həsənovun oğlu Səməndər Həsənov da Qarabağda döyüşlər başlayan kimi, könüllü olaraq Orduya yazılıb. O, göstərdiyi igidliyə görə, "Suqovuşanın azad edilməsi uğrunda” və "Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ümid edirik ki, Müdafiə Nazirliyi məsələni araşdırıb, müvafiq qərarın verilməsini təmin edəcək.//dia.az


Son xəbərlər

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Bütün xəbərlər