Gündəm

Belə getsə, Ermənistanla üçüncü savaş olacaq
Azərbaycan bir dəfə qalib gəldi! Ermənistanda isə uğranılmış məğlubiyyət hər gün davam edir. Respublikacığazın daxilində baş verənlər böyük ehtimalla kənar qüvvələrin təsiridir. Kimsə və yəqin ki, aydındır hansı kimsə, regionda davamlı sülh üçün imkanlar yaranmasını istəmir. Ermənistan yenidən özünəməxsus, daha doğrusu, özgəsinəməxsus alət kimi istifadə edilir. Revanşistlər adlandırlan məğlublardan da. Revanşistlər kimdir? Əlbəttə, Köçəryan – Sərkisyan! Məgər onlar bu davada iştirak etmirdilər? Edirdilər.
Amma belə getsə, 3-cü Ermənistan – Azərbaycan müharibəsi qaçılmaz olacaq. Bax o zaman artıq döyüş meydanı Azərbaycan ərazisi olmayacaq! Unutmayaq ki, delimitasiya və demarkasiya prosesində Azərbaycan artıq hansı dövrə aid xəritələrə üstünlük verəcəyini elan edib...
Sevdiyim bir çarx var. Bəlkə ona bir də baxaq?! Amma ikili standartlar da var. Xüsusilə Ermənistana münasibətdə. Həqiqətən də cavabını verməyə çətinlik çəkdiyim suallar var. Məsələn, bax Ermənistan bu gün Ukraynanın işğalında ən yaxından iştirak edir. Aqressordur! Onun guya demokratik mahiyyət kəsb etdiyi barədə nağılının sonunda Paşinyan Qazaxıstana Kollektiv Təhlükəsizlik qüvvələrinin yeridilməsi əmri verəndə 3 alma, beş daş, 100-lərlə mərmi düşdü. Nağıl bitmədi? Axı Paşinyan Amerika Birləşmiş Ştatlarının təbirincə desək, Qazaxıstanda baş qaldıran xalq narazılıqlarını boğmaq əmri vermişdi. Baydenin demokratiya sammitindən dərhal sonra! Nədir də bu?
Və ya: bu gün Ermənistan əslində Rusiyadan ötrü arxa cəbhə rolunu oynayır. Sanksiyalardan kənarda qalması ona öz havadarına əla kömək imkanı verir. Axı hamımız görürük ki, bir tərəfdən Ermənistan Ukrayna cəbhəsində Belarusdan sonra Rusiyanın ən yaxın müttəfiqidir. Onun yardımları barədə də danılmaz faktlar var. İkinci tərəfdən də ABŞ Ermənistanı yenə də Kim Kardaşyanın arxası tək qoruyur, sığallayır, əzizləyir! Üstəlik ötən ilin dekabr ayından bəri Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentinin rəhbəri, xarici işlər naziri və başqa erməni rəsmiləri Vaşinqtona gedirlər. Hansısa genosid tanımaqla jest edirlər. Bu davranışın kobud adı çoxdur. Amma korrekt desək, Vaşinqton sadəcə balansı, öz diktə etdiyi prinsipləri pozur.
Amma Ermənistanın artıq 30 il ərzində alət kimi istifadə edildiyini başa düşənlər də var. Elə oyuncaq Paşinyan hakimiyyətinin özündə də bunu başa düşürlər.Axar.az

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər