Gündəm











“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının SSRİ Baş Qərargahının xəritələri əsasında aparılması məntiqli olardı. Çünki onlar genişmiqyaslıdır”.

Moderator.az xəbər verir ki, bu fikri anonimlik şərti ilə Rusiya mediasına açıqlamasında uzun illər Azərbaycanın güc strukturlarının birində kartoqraf işləmiş, kartoqrafiya sahəsi üzrə ekspert söyləyib.

“Ümumiyyətlə, xüsusən də sovet dövründə hərbi xəritələr irimiqyaslı idi. Onlar yalnız respublikaların ümumi xəritələri deyildi, həm də miqyası 1 sm-də 10 metrə qədər olan yerli ərazilər üzrə topoqrafik xəritələri də ehtiva edirdi” –deyə mütəxəssis bildirib.

Adını açıqlamayan ekspertin sözlərinə görə, iş prosesində bu xəritələri SSRİ Nazirlər Sovetinin təsdiq etdiyi respublikaların inzibati xəritələri ilə də müqayisə etmək olar. Onun fikrincə, delimitasiya zamanı istər Baş Qərargahın, istərsə də hökumət sənədləri əsasında SSRİ dövrünün ən son xəritələri ilə xronoloji ardıcıllıqla getmək məntiqlidir.

“Lakin 1980-ci illərin sonuna qədər Azərbaycanla Ermənistan arasında bəzi otlaqların və ya əkin sahələrinin bir-birinə verilməsi halları olub və bəlkə də bu halların hamısı xəritələrdə öz əksini tapmayıb. İstənilən halda, qarşılıqlı xoş niyyət olmadan bu məsələləri həll etmək çətin olacaq və məsələnin həll olmaması həmişə silahlı toqquşma təhlükəsi yaradacaq. Hesab edirəm ki, burada məsələ texniki çətinliklər deyil, siyasi iradədir. Bu mənada əsas maneə Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımaq istəməməsidir. Çünki bu halda Ermənistan keçmiş Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq. Sərhəd tezliklə delimitasiya olunmasa, Azərbaycan öz mülahizəsinə uyğun olaraq öz xəttini çəkəcək. Əgər üç ölkə liderinin Soçi görüşündən sonra bu məsələ yenidən dalana dirənirsə, bu cür perspektiv olduqca mümkündür” - ekspert belə hesab edir.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər