Gündəm

MUMtv.az: - Ermənistanda hakimiyyət, xüsusən də Paşinyan hökuməti Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək, kommunikasiyaları açmaq, Ermənistan iqdisadiyyatını xilas etmək üçün tarixi imkan əldə edib".


Bu sözləri siyasi şərhçi Əziz Əlibəyli Sonxeber.az-a açıqlama verərkən deyib.

O bildirib ki, bu proseslərin qəti şəkildə İranla bağlılığı yoxdur:

"Amma güc mərkəzləri fərqli olduğundan xarici siyasəti və ümumiyyətlə idarəetməmi həyata keçirəcək, ortaq qərar verə biləcək bir Ermənistan adminstrasiyası yoxdur. Hakimiyyətlə yola getməyən bir ordu, ordu ilə yola getməyən hakimiyyət və heç biri ilə yola getməyən revanşistlər var.

Üç müxtəlif qüvvə arasında İrana, Rusiyaya meyilli qondarma rejimin varlığından danışan, Azərbaycana qarşı fikirlər səsləndirə, revanşist mövqedə dayanan müxtəlif xarakterli qüvvələr var. Onlar arasında Azərbaycana qarşı mütləq şəkildə təxribat törətdirmək istəyənlər də var. İranın Ermənistandakı varlığı, gücü, təsir edəcək səviyyəsi o qədər də yüksək deyil. Əslində, reallıq tam olaraq bundan ibarətdir".

Eyni zamanda, mütəxəssis Ermənistanda ən çox iş görə biləcək əsas qüvvənin Rusiya olduğunu qeyd edib:

"Rusiyasız bu prosesin baş tutması mümkün deyil. Nazirlər, dini icma rəhbərləri görüşüb. Prezidentlərin görüşünə hazırlıq gedir. Bütün bunların hamısı Rusiya vasitəsi ilə reallaşır və çox güman ki, sülh müqaviləsinin imzalanması da elə Rusiyada baş tutacaq.
Bununla da növbəti dəfə Rusiya Qafqaza diqtə edən mövqeyində qalacaq. Amma Qafqaz da sülhün bərqərar olmasında mühüm rolları icra etmiş olacaq.

Görüşlərlə bağlı deyə bilərəm ki, bu görüşlərdə mütləq şəkildə müəyyən nəticələr əldə olunub. Bu gün MDB dövlət rəhbərlərinin onlayn konfransında Paşinyanın da Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər də onu göstərdi ki, müəyyən razılıqlar var. Onun açıqlanması zaman məsələsidir. O cümlədən, bizim "qırmızı xəttimiz" var: delimitasiya, demarkasiya, Zəngəzur dəhlizi. Paşinyan da Zəngəzur dəhlizi ilə bağlı bildirdi ki, həm dəmiryolu, həm də avtomobil yolu olacaq.

Məhz belə anlaşılmanın olduğu məqamda Qarabağdakı separatçılar arasında müəyyən dairələr ümumi prosesə zərbə vurmaq üçün təxribat törətdi. Mən düşünürəm ki, bu, yalnız epizodik olaraq qalacaq, amma Azərbaycan tərəfi, yeri gəlsə, antiterror əməliyyatı ilə onları zərərsizləşdirəcək".

Son xəbərlər

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Bütün xəbərlər