Gündəm

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

MUMtv.az: - Bakı şəhər, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40, 2 saylı bina, mənzil 36-da yaşayan Alışov Azər Şəmil oğlu və həmin binanın 99 –cu mənzilində yaşayan Alışov Cəmil Şəmil oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.

"Biz, Ağdam, Cəbrayıl və Zəngilan rayonlarından olan 9 məcburi köçkün ailəsi 1994-cü ildən Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21\23-də yerləşən yataqxana və onun balansında olan torpaq sahəsində yaşamışıq. Yaşadığımız bananın və torpağın yerində rəsmi dövlət orqanları rəhbərlərinin iştirakıilə “Rahatlığın Məkanı” MMC rəhbərləri arasında olan rəsmi razılaşmalara görə burada 4 ədəd 16 mərtəbəli binalar tiliklmişdir. Razılaşmaya əsasən MTK-nın əsil sahibi olan Akif Mustafayev bizi yaşadığımız mənzillərdən köçürmək üçün hər otağa görə pul kompensasiyası təklif etdi. Razılaşmayanlara isə tikdikləri binadan mənzillə təmin edəcəklərini söz verdilər. Bakı şəhər İcra Hakimiyyəti başçısının göstərişi olub ki, sakinlərlə razılaşdırılmalıdır ki, binanın inşasına start verilsin. Bu razılıq əsasında 7 ailəyə yaşadıqları otaqlara uyğun pul ödənildi. Mən və qardaşım Cəmil isə cəmi 3 otaqlı , yəni, 70 kv m. sahəsi olan mənzilin təhvil verilməsi müqabilində razılaşdığımıza görə “Rahatlığın Məkanı” MMC-nin direktoru Acalov İsmayıl Nəbi oğlu ilə mənim və qardaşım Cəmil Alışov arasında 05 nyabr 2016-cı il tarixli rəsmi MÜQAVİLƏLƏR bağlanmışdır. Müqaviləyə əsasən MMC Nizami rayonu, Ə.Hacıyev küçəsi 34 ünvanında tikilmiş 2 saylı yaşayış binasında 63 kv.m ümumi sahəsi olan , 6-cı mərtəbə, 36 saylı 2 otaqlı mənzili Azər Alışova, yenə həmin binada 13-cü mərtəbədə 99 saylı, 2 otaqlı mənzili Cəmil Alışova təhvil verdikləri mənzillərin əvəzi olaraq verilmişdir.

Biz qardaşlar bağladığımız müqavilənin bütün şərtlərinə əməl etməklə hazırda da bizə verilən mənzillərdə ailəmizlə birlikdə 3 ildir ki, yaşamağımızı davam etdiririk. Mənzilin kommunal təchizatını da biz öz hesabımza çəkib bir abonent kimi ödənişləri həyata keçiririk. Hazırda binanın digər sakinləri kimi biz qardaşlar da istəyirik ki, yaşadığımız mənzillərə mülkiyyət sənədi əldə edək. Lakin çox təəssüflər olsun ki, Dövlət Əmlak Komitəsinə mülkiyyət sənədi almaq üçün tələb olunan sənədi “Rahatlığın Məkanı” MMC rəhbərliyi qəsdən bizə təqdim etmək istəmir. Bəhanələrini də belə izah edirlər ki, “sizin indi yaşadığınız mənzillər şəxsi eviniz olsa da, evi bizə təhvil verib çıxmalısınız. Çünki dövlət sizə yeni yaşayış evləri verəcək.” MTK rəhbərliyinin bu yanaşmasını yanlış və əsassız hesab edirik. Bu fərziyyə açıq-aşkar bizim mülkiyyət hüququqmuzun pozulması deməkdir. Çünki, hazırda yaşadığımız mənzil bizə dövlət tərəfindən deyil, özəl MTK tərəfindən vaxtilə yaşadığımız mənzilin və torpağın bu MTK-ya təhvil verilməsi nəticəsində biz bu mənzilləri bağladığımız müqavilə əsasında almışıq və bu rəsmi sənəddə belə bir maddə və ya təklif öz əksini tapmamaışdır. Müqavilə şərtlərinə uyğun olaraq biz də digər azərbaycanlı sakinlər kimi bərabər hüquqa malikik və mülkiyyətimizdən istifadə edirik. Sonrakı süründürməçilklərdən sonra MTK-nın əsas rəhbərləri hesab edilən Akif Müstafayev sonda onu da bildirmişdir ki, onun da şərikləri varmış və həmin adamlar dövlət orqanlarında yüksək vəzifələrdə hazırda çalışan məmurlardır və onun arxasında dururlar. Onlar sizə mülkiyyətin əldə edilməsi üçün lazım olan sənədləri verməyə razılıq vermirlər. Yəni, nəticəyə gəlirik ki, “Rahatlığın Məkanı” MMC-nin yüksək dövlət məmurlarından ibarət rəhbərliyi müqavilə şərtlərini pozaraq bizə verdikləri mənzilləri qanunsuz olaraq əlimizdən alaraq satmaq istəyirlər.Deməli, bu zorakı yanaşmadan belə məntiqi nəticə də çıxır ki, bizdən fərqli olaraq mənzil əvəzinə vaxtilə pul kompensasiyası almış 7 ailəyə də köçürlümək üçün verdikləri pulları əllərindən zorakılıqla alacaqlar. Bu özbaşnalıqdır.

Xatırladaq ki, AR Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli Qərarının 1.3-cü madəsinin tələblərinə əsasən, “Tərəflər” arasında bağlanmış müqavilələrin şərtlərinə riayət olunması Nizami Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə alınır.

Cənab Prezident İlham Əliyev! Biz qardaşlar ona görə şəxsən Sizə müraciət etmək zorunda qalır və çox xahiş edirik ki, “Rahatlığın Məkanı” MMC –nin (MTK-nın) dövlət məmurları olan rəhbərlərinin bizə qarşı planlaşdırdıqları qanunpozuntusunun, özbaşnalığın qarşısının alınmasına və hazırda yaşadığımız mənzillərə mülkiyyət sənədinin əldə edilməsi üçün köməklik edəsiniz".(Dia.az)

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Son xəbərlər

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Yol polisi sürücülərə müraciət etdi

Naftalandan tender oyunu- Vüqar Novruzov “Texnolog” MMC ilə necə anlaşdı?

Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ… – Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib

“Dokta” apteklərində reseptsiz dərman satıldığı aşkarlandı

Elçin Həsənovun gizli əməlləri ifşa olundu

“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?..

Bütün xəbərlər