Gündəm


"Bir adam şadlıq evində 200-250 manatlıq qida yeyə bilərmi?" - AÇIQLAMA

"Bu bir həqiqətdir ki, israfçılıq var. Məsələn, evimizə 5 nəfər qonaq gəlirsə, onun əvəzinə 25 nəfərə yemək hazırlayırıq. Yeməyin çoxu isə qalır. Bu məhsul sonra tullanmalı olur. Bəzən evə bir çörək lazımdırsa, 4-ü alınır. Onun biri yeyilir, digər hissəsi isə atılır".

Bunu "MUMtv.az"a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, şadlıq saraylarında süfrəyə 15-20 adda qida məhsulu düzülür, onun cəmi 20 faizindən istifadə olunur:
"Bu məhsulun qalanı hara gedir? Bunu düşünmək lazımdır. Həmin ərzağın qalanı təkrarən süfrəyə qoyulursa, bu daha pisdir. Tibbi qaydada buna yanaşsaq, bədənimizin zəhərlənməsidir. Ola bilər ki, süfrəyə təkrar qoyulan qida qəbul etdiyimiz zaman bizə təsir etməsin. Bir neçə gündən sonra müəyyən fəsadlarını göstərəcək. Süfrəyə düzülən məhsulların hamısı yeyilmir. Əgər həmin məhsul istehlak olunmursa, nə üçün süfrəyə qoyub zay edirik? Biz bu gün bahalaşmadan danışırıqsa, fikirləşməliyik ki, tələbatım olan qədər istifadə edim. Bir vətəndaş kimi bunu deməliyəm. Bir adam şadlıq evində 200-250 manatlıq qida məhsulu yeyə bilərmi? Bu, mümkün deyil. Hansısa çayxanada əyləşirsən və tək çay içmək istəyirsən. Onu  yanında ləpə, bir neçə cür şirniyyat verir. Deyir bu olmalıdır. Axı bunun hamısını yemək olmur. Qalxanda baxırsan hesab 30-40 manat etdi. Halbuki 1 stəkan çay içmək istəyirsən. Hər birimiz vətəndaş olaraq belə hallara qarşı mübarizə aparmalıyıq. Sahibkar istəyir ki, məhsulu satılsın. Amma biz cibimizi, səhhətimizi qorumalıyıq. O fikirdəyəm ki, ərzaq təhlükəsizliyinin təmin olunması vacibdir. Burada israfçılığın qarşısının alınması çox böyük rol oynayır".

Son xəbərlər

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

Bütün xəbərlər