Gündəm

Bu vicdansız həkimlərlə bağlı SN-ə müraciət etmişik – Pediatr

 

 

Mumtv.az: - Əgər uşaqların sağlamlığını süni qida bazarına bağlamışıqsa, gələcəyəmiz üzərində bazar qurmuşuq deməkdir.

Bunu  pediatr Aytən İsmayılzadə bəzi doğum evlərində qanunsuz yerə körpələrə süni qida yazan həkimlərdən danışarkən deyib.

"Bu gün dərmanlardan özünə faiz alan həkimlər var. Ola bilsin ki, maaşları azdır. Lakin həkim yeni doğulmuş südəmər körpəyə ilk gündən reseptdə süni qida (simes) yazırsa, buna görə 50 manat qazanır və bu pulla ailəsini dolandırırsa, bu əsl vicdansızlıqdır. Erkən yaşda uşaqların qidalanması haqqında qanuna əsasən, yeni doğulan uşaq ana südü ilə qidalanmalıdır. Analar bu haqlarını həkimdən tələb etməlidirlər. Belə hallar artıqca səhiyyəmiz barədə yaranan mənfi fikirlər öz təsdiqini get-gedə tapır”.

Pediatr bildirib ki, "Similak”, "Nutrilak” və "Friso” kimi süni qidaları doğum evlərinə eyni adam gətirir:

"Dəfələrlə müraciət etmişəm ki, bu bazarı doğum evlərindən yığışdırsınlar. Bəzi həkimlər pula görə uşaqların sağlamlıqlarını satırlar. Həmin həkimləri vicdanlı olmağa çağırıram. İnək südü istisna olmaqla, bəzən vacib məqamlarda keçi südü və badam südü verə bilirik. Əgər doğum evində süni qida veriləcəksə, hipo allergenik formasını versinlər. Dövlətin təyin etdiyi qaydada heç kimin maddi marağı olmayan qida verməlidirlər. İstər dövlət, istər özəl klinikalar hamısı bu vəziyyətdədir. "Oksigen”, "Leyla” "Kaspian İnternəşnl” klinikasına südəmər körpəyə süni qida təyin etməyə kim ixtiyar verir? Əgər etdikləri düzgündürsə, niyə həmin klinikalar maarifləndirmə apardığıma görə narahat olurlar? Həmin reseptləri aidiyyəti qurumlara həkimin adı ilə birlikdə göndərmişik. Səhiyyə Nazirliyinə bununla bağlı müraciətimi etmişəm. Hər kəs etdiyinə görə məsuliyyət daşımalıdır. Yaxın vaxtlarda bu problemin həlli ilə bağlı müsbət cavab alacağıma inanıram”.//aktualinfo.org


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər