Sosial

Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Son illər ölkədə istər uşaq, istər böyüklərdə D vitamin çatışmazlığı diaqnozu çox qoyulur. Xüsusən yenidoğulmuş dövrdən müəyyən yaşa kimi körpələrə mütləq bu vitamin təyin edilir.


D vitamini apteklərdə ən çox tələb olunan preparatdır və qiymətləri də kifayət qədər yüksəkdir. Bu gün dərman bazarında 3.60 manatdan  başlayaraq,78 manata qədər qiyməti olan D vitaminləri görmək olar. Bir çox xəstələr vitaminlərin baha olmasından şikayətlənirlər. Uşaqlar üçün vacib olan bu preparatlar daha bahalıdır.


MUMTV.az bildirir ki, Medicina.az-ın əməkdaşının dərman bazarında D vitaminləri ilə bağlı apardığı  araşdırmada maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, eyni istehsal ölkəsi, eyni tərkib, hətta eyni dozada olan D vitaminlərinin qiyməti kəskin fərqlənir. Preparatlardan bir-ikisi 3.60-4 manata, əksəriyyəti isə 30-78 manatadır.


Bəs bu qiymətlər necə təyin olunur?


BAD, yoxsa dərman?


Məlum olub ki, D vitaminlərinin əksəriyyəti ölkəyə bioloji aktiv qida əlavəsi, yəni BAD kimi idxal olunub, qeydiyyata alınır.


Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirildiyindən D vitaminləri də qida əlavəsi kimi bu agentlik tərəfindən qeydiyyatdan keçirilir.


Preparat BAD kimi satışa çıxarılırsa, onun qiymətini şirkət özü tənzimləyir və istədiyi qiymətə satmaq imkanı qazanır. Lakin ilkin olaraq preparatın qida əlavəsi və ya dərman preparatı olması rəyini Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat mərkəzi müəyyənləşdirib  verir.


Əslində, qanunun şərtlərinə görə, bu gün  80% D vitamin preparatları aşağı qiymətə olmalıdır. Bir şərtlə ki, preparat qida əlavəsi kimi yox, dərman kimi qeydə alınsın.


D vitamini hansı halda dərman, hansı halda bioloji fəal qida əlavəsi hesab olunur?


Yeni tələblərə görə, günlük dozası bir damcıda 1000 UE –ni keçən istənilən D vitamini artıq dərman kimi rəy almalı və Tarif Şurasının təyin etdiyi qiymətlərlə satışa verilməlidir. Göründüyü kimi, Tarif Şurasının siyahısına düşən D vitaminlərinin qiyməti çox ucuzdur. Nə şirkət, nə apteklər bu qiymətdən baha sata bilməz.


Amma hazırda bazarda 15.000-50.000 EU dozalı D vitaminləri var ki, bioloji qida əlavəsi kimi qeydə alınaraq, yüksək qiymətlə satışa çıxarılıb.


Medicina.az-ın uzun illərdir Azərbaycanda dərman və qida əlavələri idxalı ilə məşğul olan bir neçə şirkət və firmalardan əldə etdiyi məlumata görə, D vitamini ilə bağlı bu problem bir müddətdir var və səbəbi sual altındadır.


Belə ki, bir iki şirkətin gətirdiyi, əvvəllər qida əlavəsi kimi qeydə alınan D vitaminləri yeni tələblərə əsasən 1000EU – vahid  dozanı keçdiyi üçün dərman kimi qeydə alınıb və bu preparatlar Tarif Şurasının qiymət cədvəlinə uyğun olaraq 3-5 manat arası qiymətə satılır. Amma  eyni dozada olmasına baxmayaraq, digər preparatlara bu qanun nədənsə  şamil olunmayıb. Bu isə şirkətlər arasında və bazarda rəqabət mühitini məhv etməkdədir.

 


Bəs kifayət qədər tələbat olan D vitamininin baha satılmasında kimlər maraqlıdır?


Əlbəttə ki, qiyməti 16-29 manat arası olan D vitaminindən ilk növbədə şirkət kifayət qədər yaxşı qazana bilir, çünki qiyməti özü tənzimləyir. İkincisi,  bahalı D vitaminini xəstənin reseptinə yazmaqda həkimlər  maraqlı olur. 27 manatdan yuxarı hər D vitamini üçün həkimlər azı 10 manat faiz əldə edir.


Tarif Şurasının təyin etdiyi qiymətə dərmanları isə xəstəyə yazmaqda həkimin maddi marağı yoxdur.   Digər tərəfdən pasiyent "bahadırsa, deməli yaxşıdır” prinsipi ilə ucuz dərmana şübhə ilə yanaşır.


Fotolarda apteklərdə satışda olan müxtəlif adda D vitaminləridir. Qiymət fərqləri üzərlərində görülür. Məqsədimiz hər hansı dərmanın reklamı, təbliği deyil. 


Ən çox bahalılar satılır


Apteklərə ünvanladığımız "bu vitaminlərdən ən çox hansının adı reseptlərdə çox qeyd edilir, ən çox hansı satılır” sualının cavabı da gözlənilən idi: "BAD kimi qeydiyyatdan keçən preparatlar çox satılır”.


Mövzu ilə bağlı D vitamini təyin edən bir neçə həkimlərdən aldığımız açıqlamada bildirdilər ki, həqiqətən, yeni qaydalara əsasən D vitaminin günlük dozası bir damcıda 1000EU keçərsə, artıq dərman vasitəsi kimi qeydə alınmalıdır və təbii ki, qiyməti ucuz olmalıdır.


Beləliklə, təkcə bir  vitaminin satışında azad rəqabətlilik prinsipi pozulur, həkimlərin maddi maraqları önə çəkilir, daha bahalı dərman təklif edən şirkətlərlə sövdələşməyə gedilir.


Problem o həddə çatıb ki, artıq Türkiyə zavodları da bu ayrı-seçkilikdən xəbərdar olub, etiraz məktubu hazırlayır: "Qanun və tələblər bütün zavod və şirkətlərə bərabər şamil olunmalıdır”.


Ölkəyə gətirilən bütün preparatlara  rəyi Səhiyyə Nazirliyi nəzdində İnnovasiya Mərkəzinin verdiyini nəzərə alaraq, mövzu ilə bağlı ünvanladığmız suallarımıza Nazirlikdən və şöbədən hələ ki, rəsmi cavab ala bilməmişik. Aidiyyatlı şöbələrlə hər hansı telefon əlaqə cəhdlərimiz də nəticəsiz qalıb.


Apteklərdə istər  qida əlavəsi, istərsə də dərman kimi satılan D vitaminlərinin əslində, eyni tərkib və dozada olduğunu nəzərə alıb, pasiyentlərə onu məsləhət görə bilərik ki, bu müəmmalı məsələ aydınlaşana kimi müraciət etdikləri həkimdən  münasib qiymətə D vitamini yazmasını tələb etsinlər.


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər