Gündəm
Gündəm / Hadisə
“Atamın vəziyyəti ağırdır” - Arif Quliyevin qızı
MUMtv.az: - "Atamın vəziyyəti ağırdır, ailəlikcə onun sağalması üçün dua edirik".
Bunu Azvision.az -a açıqlamasında koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin qızı Günel Quliyeva deyib. O, atasının süni tənəffüs aparatına qoşulduğunu bildirib.
"Atamın yoluxduğunu bilən kimi onu "Yeni Klinika"ya yerləşdirdik. Birdən-birə vəziyyəti ağırlaşdı. Hazırda reanimasiyada süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir. Hamımız dua edirik ki, sağalsın. Əlimizdən başqa heç nə gəlmir. Həkimlər nə lazımdırsa edirlər".