Gündəm

SÜNİ ƏT satışa çıxarılır - Təhlükəli tərəfləri
 
 
 
 
 
 
 
 
 
Hər il müxtəlif ölkələrdə süni ətlər istehsal edilərək, satışa çıxarılır. Artıq ABŞ, Çin, İsrail, Hollandiya və digər ölkələrdə bir neçə ildir süni ət satışdadır.
 
Qeyd edək ki, Rusiyada da artıq 2023-cü ildən süni ətin satışa çıxarılması planlaşdırılır.
 
Mövzu ilə əlaqədar iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dünya əhalisinin sayı hər il artır və bununla bağlı qida sənayesində çalışan mütəxəssislər əhaliyə qida çatdırmaq üçün süni məhsullar yaradırlar:
 
 
 
 
"Onlar artıq bir çox kənd təsərrüfatı məhsullarını da süni şəkildə istehsal edirlər. Süni ətin hazırlanması isə bir neçə il əvvəl baş verib. Onu da deyim ki, süni ətlə, təbii ətin arasında fərqlər çoxdur. Hətta GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) qida ilə bəslənmiş heyvan ətlərinin belə keyfiyyəti süni ətlərdən qat-qat artıqdır.
 
Süni ətlər aşağı keyfiyyətlidir və orqanizmdə onların həzmi bir çox problemlərə gətirib çıxara bilər. Buna səbəb mənşəyinin və kimyəvi tərkibinin süni olmasıdır”.
 
A.Nəsirli qeyd edib ki, əhali sayının çox olduğu ölkələrdə ətə tələbatı ödəmək üçün bu cür üsullara əl atılması təbiidir:
 
"Çində, Rusiyada, ABŞ-da bunu etmək olar, ancaq Azərbaycanda buna gərək yoxdur. Çünki ölkənin ət istehsalı üzrə böyük potensialı var. Hətta əti ixrac edəcək səviyyəyə də çatdırmaq mümkündür. Ona görə də hesab edirəm ki, bizim qida sənayemizə süni ətin daxil olmasına ciddi ehtiyac yoxdur.
 
Ola bilər ki, kimlərsə hansısa formada təcrübə kimi süni əti ölkəyə gətirə bilər, amma bunun davam etməsi, insanların süni ətə marağının daha çox yaranmasına inanmaq mümkün deyil”.
 
İqtisadçı-ekspert əlavə edib ki, Azərbaycanda süni ətin gələcəkdə satışa çıxarılması mümkün deyil:
 
"Buna səbəb əhalinin əksəriyyətinin müsəlman olması ilə bağlıdır. Hazırda bizdə ətin, eləcə də digər məhsulların "halal” olmasına xüsusi diqqət ayrılır. Süni ətin "halal”lıq prinsipləri isə qarışıqlığa səbəb ola bilər. Ona görə də zənnimcə, həm ölkədə süni ətə ehtiyac yoxdur, həm də bu ətlər əhalinin alması üçün uyğun deyil”.
 
Qeyd edək ki, süni ətlər xarici ölkələrdə təbii ətlərdən 2-3 qat baha qiymətə satışa çıxarılır. Alimlər bildirirlər ki, süni ətlərin insan orqanizminə zərəri yoxdur və saxlanma müddəti də təbii ətdən qat-qat çoxdur.
 
Əlavə edək ki, hazırda Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsi 83 faizdir. Bundan başqa, Azərbaycanın ümumilikdə 68 700 tonluq ət idxalının 23 800 tonu mal əti, 1 700 tonu qoyun əti, 8 200 tonu donuz əti, 35 000 tonu isə quş ətidir.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər