Gündəm

Müəllimlər fəhləlik, tələbələr ofisiantlıq etsin
Azərbaycanda ictimai yüklü şəxslər, məmurlar və digərləri bəzən səsləndirdikləri fikirlərə görə qınaq obyektinə çevrilirlər.

Həmin şəxslər bəzən canlı yayım, bəzən isə adi şəraitdə çıxışları zamanı qeyri-adi fikirlər səsləndiriblər.

Müxtəlif mətbuat orqanlarında dərc edilmiş və müəyyən zamanlarda geniş müzakirəyə səbəb olan çıxışlardan bəzisini olduğu kimi təqdim edirik:

Sabiq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində:

"Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar"

Milli Məclisin Sosial Siyasət Komitəsinin sabiq sədri Hadi Rəcəbli:

"Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var.

O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?".

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov:

"Mən həmin zaman söylədim ki, erməni səgərləri qorxudan səngərdə əyilə-əyilə gəzirlər. Bilirsiniz, müasir səngərlər çox dərin qazıldığı üçün orada əsgərlər əyilmədən də rahat gəzə bilirlər. Klassik səngərlərdə isə əsgərlər əyilə-əyilə gəzirlər.

Mənim sözümün mənası o idi ki, aprel döyüşlərindən sonra erməni əsgərləri böyük qorxu yaşayıb, qorxusundan ayaq üstə qalxa bilmir. Erməni əsgəri qorxudan düşünür ki, səngərdə belə o, ayaq üstə qalxan zaman Azərbaycan əsgəri onu məhv edəcək".

BNA-nın şöbə müdiri Hikmət Babayev:

"Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov:

"Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.

Milli Məclisin deputatı Aqil Abbas:

"Ov dünyanın ən gözəl istirahətidi. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer Lopez də".

Milli Məclisin deputatı Siyavuş Novruzov:

"Bundan başqa ən çox istinad etdiyiniz demokratik ölkə olan ABŞ-da səhər gedir oxuyur, axşam gedir restoranda qab yuyur. Özü də milyonçunun uşağı. Bizim hamımız vaxtilə işləmişik".

(baku.ws)

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər