Hadisə

Ayaz Mütəllibovun xanımının yas mərasiminə hansı deputatlar qatılacaq? – SORĞU












Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən sonra dünən səhər saatlarında haqq dünyasına qovuşub.

Eks-prezidentin həyat yoldaşının hüzr mərasimi dünən Təzəpir məscidində keçirilib.

Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu eks-prezidentin həyat yoldaşının yas mərasiminin təşkilati məsələlərini öz üzərinə götürüb.

Bir sıra ictimai xadimlər Ayaz Mütəllimova baş sağlığı verib.

Modern.az yas mərasimində iştirak edib-etməyəcəkləri ilə bağlı Milli Məclisin deputatları arasında kiçik sorğu keçirib.

Vahid Əhmədov: “Ayaz Mütəllimov Azərbaycanın müstəqillik aktına imza atan Prezident olub. Azərbaycanın müstəqillik dövründə ilk Prezidenti olub. Onun nə olub-olmamasından aslı olmayaraq Azərbaycan tarixində öz rolu var. Dövlət bunu nəzərə alaraq Mehriban xanım Əliyeva yas mərasiminin bütün xərcini öz üzərinə götürdü. Ayaz Mütəllibov kifayət qədər hörmət bəslədiyim şəxslərdən biridir. Mən dünən yas mərasimində iştirak etdim və özünə başsağlığı arzuladım”.

Hadı Rəcəbli: “Mən hazırda Bakıda deyiləm. Əgər çatsam yas mərasimində iştirak edəcəm. Burdan Ayaz Mütəllimova başsağlığı verirəm”.

Fazil Mustafa: “Əlbəttə, iştirak edəcəm. Mərasim vaxtını öyrənib gedəcəm”.

Çingiz Qənizadə: “Allah rəhmət eləsin. Ayaz Mütəllimova burdan başsağlığı verirəm. Mənim şəxsi tanışlığım olmadığına görə bu yasda iştirak etməyəcəm. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın dünən yas mərasiminin bütün xərclərini öz üzərinə götürməsini təqdirəlayiq hesab edirəm. Bu humanizimin, insanlığın təntənəsidir”.

Eldar İbrahimov: “Allah rəhmət eləsin. Yas mərasimində iştirak edəcəm”.

Elman Məmmədov: “Allah rəhmət eləsin. Hazırda Bakıda deyiləm. Bakıda olsaydım belə iştirak etməyəcəkdim”.

Sevinc Hüseynova: “Yas mərasiminin dəqiq vaxtını və yerini bilmirəm. Amma mərasimdə iştirak etmək istəyim var”.

Dilarə Cəbrayılova yas mərasimində iştirak etməyəcəyini bildirib.

Sona Əliyeva: “Mənim Ayaz Mütəllimovlə şəxsi tanışlığım yoxdur. Yas mərasimində iştirak etməyəcəm. Həm də belə bir ehtiyac hiss etmirəm”.

Aqil Abbas: “Mən Bakıda olsaydım yas mərasimində iştirak edəcəkdim. Azərbaycanın Prezidenti olub, ailəsinə başsağlığı diləyirəm”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər