Gündəm

Prezident İlham Əliyev 4 saatlıq konfransda mühüm məsələlərə toxundu

















Azərbaycan Prezidenti İlham Əliyevin 26 fevral tarixində yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox müddətdə keçirdiyi mətbuat konfransı bütün dünyada böyük maraqla qarşılanıb. Dünyanın bir sıra tanınmış mətbuat orqanlarında bu konfransla bağlı siyasi təhlillər yer alıb. Prezidentin konfransı ilə bağlı Moldova mətbuatında da yeni analitik məqalə yayımlanıb. "Ильхам Алиев: "Азербайджанцы вернутся на освобожденные земли. Другого пути нет" adlı məqalə point.md, ava.md, tribuna.md, noi.md kimi tanınmış media qurumlarında rus və rumın dillərində dərc edilib.
Həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:" İlham Əliyev: "Azərbaycanlılar azad edilmiş torpaqlara qayıdacaqlar. Başqa yol yoxdur"Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfrans zamanı Prezident bildirib ki, Azərbaycan üçün ilk və ən vacib mərhələ 30 il əvvəl doğma yurdlarından qovulmuş vətəndaşların- məcburi köçkünlərin azad edilmiş torpaqlara geri qaytarılmasıdır. "Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar", - deyə dövlət başçısı qeyd edib. Mətbuat konfransında İlham Əliyev, qaçqınların qayıtmasının əsas şərtinin torpaqların minalardan təmizlənməsi olduğunu da bildirib. Dövlət başçısı çıxışında Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini verməməsindən söz açıb. Qeyd edib ki, bu bir cinayət kimi qəbul edilə bilər, çünki minalar səbəbindən dinc azərbaycanlılar ölür. Prezident bildirib: "Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub. Bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər". Ölkə başçısı jurnalistlərin suallarını cavablandırarkən, vətəndaşların geri qaytarılması üçün digər bir vacib cəhətin azad edilmiş ərazilərin bərpası olduğunu
söyləyib. Çünki, erməni işğalçıları Qarabağın şəhər və kəndlərini xarabalığa çeviriblər. "Füzulidə hava limanının inşasına artıq başlanılıb, Zəngilan və Laçında daha çox tikinti aparılması planlaşdırılır. Biz də "Smart Village" pilot layihəsini ilin sonuna qədər həyata keçirmək istəyirik, çünki vətəndaşlarımız yaxşı şəraitdə yaşamağa layiqdirlər.
Artıq təkcə Qarabağ sakinləri üçün deyil, ümumiyyətlə Azərbaycan və qonşuları üçün faydalı olan iqtisadi layihələr planlaşdırılır. Türkiyə, İran, Rusiya və bəlkə şansını əldən verməsə, Ermənistan da bu layihələrə daxil ola bilər. Məsələn, Zəngəzur dəhlizi. Hər şey qaydasında olarsa, Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər", - deyə Prezident əlavə edib.
Konfrans zamanı jurnalistlər, azərbaycanlıların, ermənilərin etdiklərindən sonra onlarla birlikdə yaşayıb-yaşamayacaqları ilə də maraqlanıblar. İlham Əliyev cavabında bildirib ki, "baxmayaraq ki, biz yaralarımızın hələ sağalmadığını və bunun çox vaxt aparacağını başa düşürük. Lakin, bu tamamilə mümkündür. O ki, qaldı gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Azərbaycanda yaşayan keçmiş Ermənistan müdafiə nazirinin bacısını da tapmışdılar. Baxın, Ermənistan müdafiə naziri 90-cı illərdə olub, hansı ki, azərbaycanlılara qarşı soyqırımın törədilməsində iştirak edib, onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yox. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar və Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdilər. Müharibə yaraları hələ sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heçvaxt Xocalı soyqırımını unutmayacağıq. Həm qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik. Heç kimi məcbur etmək istəmirik", - deyə Prezident əlavə edib. Eyni zamanda Azərbaycanın dövlət başçısı bölgədə uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin ləğv edilməsi məsələlərinin ölkə üçün çox ciddi məsələ olduğunu söyləyib. "Müharibədən heç dörd ay da keçməyib, ancaq Azərbaycanla Ermənistan rəsmiləri arasında təmaslar qurulur, görüşlər bəzən açıq, bəzən qeyri-rəsmi formatda keçirilir. Lakin, bu proses gedir. Buna görə də məsələnin bütün incəliyini dərk edərək bir daha demək istəyirəm ki, istədiyimizə tam nail olmaq üçün müdrik olmalı və bütün addımları vaxtında atmalıyıq. İkinci Qarabağ müharibəsi, vaxtında atılan addımların təsiri oldu", - deyə Prezident İlham Əliyev bildirib.

My Webpage
My Webpage
My Webpage


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər