Gündəm

Eyyub Yaqubov: Bayağı musiqilər böyük “cinayətdir”
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 İndiki gənclərimizdən Abbas Bağırov, Zamiq, Ayaz Qasımov və Eltonun ifalarını çox bəyənirəm.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Eyyub Yaqubov deyib.

Xalq artisti tezliklə yeni fərqli layihəsini təqdim edəcəyini açıqlayıb:

 

"Hazırda yeni işlər hazırlayırıq. Tezliklə layihələrimiz olacaq. Yaradıcılıqla məşğul olan sənətçilərin arada fasilələr etməsi yaxşıdır. Çünki yenilik etmədən efirlərə çıxmaq lazım deyil. Təkrarlanmaq istəmirəm. Yaxın zamanda yeni fərqli layihələrlə tamaşaçıların qarşısına çıxacam.

Ümumiyyətlə, hər zaman qalmaqallardan qaçıram. Bu səbəbdən bir çox proqramlara getmirəm. Hazırda çox istedadlı, gənc ifaçılarımız var. Məsələn, müxtəlif janrlarda ifa edən Abbas Bağırov, Ayaz Qasımov, Elton Hüseynəliyev və Zamiqi çox bəyənirəm. Bu gənclərin hamısı bütün janrlarda gözəl ifa edirlər”.  

Eyyub Yaqubov efirlərdə senzuranın olmamasından şikayətlənib:

"Hazırda efirlərdə senzura yoxdur. Nəzarətin olmaması çox pisdir. Ona görə də kim istəyirsə, efirlərə çıxa bilir. Kimin istedadlı olub-olmamasına, hətta sənətkarlara belə, fikir vermirlər. Hər kəs efirə çıxıb özünü təqdim edir. Bu yaxşı hal deyil. Çünki cəmiyyətimiz efirlərə baxaraq maariflənir. Bayağı musiqilər, söhbətlər, qalmaqalların olması böyük bir cinayətdir. Millətimizin mənəvi məhvinə səbəb olur. Amma buna baxmayaraq, istedadlı müğənnilərimiz və bəstəkarlarımız var.

Ümumiyyətlə, bizim millətimiz savadlı və istedadlıdır. Düşünürəm ki, nə olursa-olsun xalqımız bütün bunlara baxmayaraq ruhdan düşməyəcək.

Mən böyük ustadlarımız Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Qulu Ələsgərov, Yaqub Məmmədov və Tələt Qasımovdan bəhrələnmişəm. İndiyə kimi yaxın dostum olan sənətkarımız Vaqif Əsədovdan da çox şeylər öyrənmişəm”.

Xalq artisti xarici ölkə şou-biznesinə qatılmamağı üstün tutduğunu qeyd edib:

"Mənə də xarici dövlətlərdən təkliflər gəlir. Amma hesab edirəm ki, öz vətənimdə işimi mükəmməl görürəmsə, başqa yerə getməyə ehtiyac yoxdur. Hansı musiqi janrında ifa etməkdən asılı olmayaraq kökümüzü unutmamalıyıq. Zəngin muğamımız var. Muğamdan bəhrələnərək dünyaya çıxmaq əsas məsələdir”.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər