Gündəm

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF – Uşaq sayı beş deyil, dörd olsun
 
 
 
 
 
 
 
 

 

 
 
 
 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin 2019-cu il payız sessiyasında sosial sahə üzrə qaldırılacaq məsələlər barədə danışıb.

MUMTV.az xəbər verir ki, H.Rəcəbli oxu.az-a açıqlamasında bildirib ki, Əmək və sosial siyasət komitəsi "Turizm haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq.

"Bundan başqa Prezident İlham Əliyevin parlamentə göndərdiyi bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Bütün bu müzakirələrin və dəyişikliklərin mahiyyətində əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ideyası dayanır”, – deyə H.Rəcəbli əlavə edib.

Deputat 2020-ci ilin dövlət büdcəsindən də söz açıb. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqının, minimum pensiyaların artması gələn ilin büdcəsində də sosial yönümlülüyü gücləndirəcək:

"Əvvəllər büdcənin 27-28 faizi sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 faiz civarında olacaq. Hesablamalarımıza görə, bu məsələlərin reallaşması üçün beş milyard manat lazımdır. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.

H.Rəcəbli uşaq pulunun bərpası ilə bağlı müzakirələrdən də danışıb. Milli Məclis üzvü bildirib ki, o, üç yaşa qədər uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır:

"Mən parlamentin iclaslarında dəfələrlə üç yaşadək uşaqlar üçün uşaq pulunun artırılması təkliflərini səsləndirmişəm”.

Komitə sədri çoxuşaqlı ailələrlə bağlı kriteriyaların dəyişdirilməsi ilə bağlı təklif səsləndirəcəyini də bildirib:

"Bilirsiniz ki, cənab Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Məlumdur ki, beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailə sayılır. Mən isə təklif edəcəyəm ki, dörd uşağı olan ailə çoxuşaqlı sayılsın”./Turkustan.info


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər