Gündəm

“Bir-iki serialda çəkiləndən sonra özümə söz verdim ki, çəkilməyim, xalturadır...”

MUMtv.az: - “Bəzən mənə sual verirlər ki, “O vaxt çəkildiyiniz filmlər indi çəkilsəydi böyük uğur qazanardı?”. Mən təbii ki, bu sual qarşısında aciz qalıram. Yaxşı ki, o illərdə filmlərə çəkilmişəm, nə çəkilmişəmsə o filmlərdir. Yeni bir iş yoxdur ki, nümunə göstərim! Azərbaycan kinosundakı durğunluq görəsən nə vaxt aradan qalxacaq?! Bunu oturub düşünmək lazımdır. Bir neçə seriala çəkildim, başdan ayağa “xaltura” idi. Sonra özümə söz verdim ki, daha çəkilməyəcəm! Tezbazar çəkib qaçmaqla deyil, az olsun, amma keyfiyyətli olsun. Dövlət pul ayırır, amma ortalıqda heç nə yoxdur. Bir onu bilirəm ki, o vaxt kinostudiyada kinoya vurğun adamlar çoxluq təşkil edirdi, amma indi o adamlar yoxdur”. Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev bildirib. O daha sonra aktyorun teatrda çalışmağının vacibliyini bildirib.

“Universiteti bitirəndə Tədris teatrında oynamışam, amma təəssüflər olsun ki, məni teatra götürmədilər. Hər zaman demişəm, indi də deyirəm ki, normal aktyor teatrda çalışmalıdır, imkanı olanda isə filmlərə çəkilməlidir. Çünki aktyor teatrda baqajını yığır və kinoda xərcləyir. Mehdi Məmmədov mənim müəllimim olub, 1980-ci illərdə “İblis” tamaşasında Arif obrazını mənə verdi və 4-5 tamaşa mən oynadım. Bir də 2000-ci ildə Mikayıl Mirzə “Aydın” tamaşasını hazırladı və mənə Dövlət bəy obrazını verdi. Teatr ayrı bir zövqdür, amma nə edim ki, mən həyatımı kino ilə bağladım”, - deyə aktyor bildirib.

Rasim Balayev sonda gənclərə tövsiyə də verib.

“Bu sənətə gərək vurulasan, eşq lazımdır, Məcnun olmaq lazımdır. Bu olmasa mümkün olan şey deyil. Sənətə yaxşı ev, dolanışıq, maşın üçün gəlmək düzgün deyil. Sən yaxşı sənətkar olsan, onlar hamısı mexaniki gələcək. Sən öncə sənətə fikir ver. İndi iki filmə çəkilir, istəyir ki, hündürmərtəbəli binada evi, bahalı maşını olsun. Filmə dəvət gələn kimi soruşur ki, nə qədər qonorar verəəcksən?! Belə şeylər məndən tamamilə uzaqdır, heç vaxt soruşmamışam ki, mənə nə qədər pul verəcəksiniz?!”, - deyə sənətkar bildirib.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər