Gündəm


"Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bir qrup məmur haqqında dediyi iradlar Azərbaycan xalqı tərəfindən böyük razılıqla qarşılandı. Xalq 44 günlük müharibədə Ali Baş Komandanın düşmənə və onun havadarlarına qarşı göstərdiyi qətiyyəti necə hərarətlə müdafiə etmişdisə, öz rəhbəri ilə necə birlik və həmrəylik nümayiş etdirmişdisə, postmüharibə dövründə də cənab Prezidentdən məmurlara qarşı həmin sərt münasibəti gözləməkdə idi. Bu da təbii idi, müharibədə qazanılan möhtəşəm qələbə hər hansı məmurun marağına və ya məsuliyyətsizliyinə qurban verilə bilməzdi. Bunu nə qalib dövlətin qalib xalqı qəbul edərdi, nə də qalib xalqın qalib Prezidenti qəbul etdi”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Əziz Ələkbərli son günlər dövlət büdcəsini talamaqda, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurlardan danışarkən deyib.

Ə.Ələkbərli bildirib ki, ölkə başçısının sonuncu mesajlarında söhbət təkcə Şuşada özü üçün iqamətgah tikmək istəyən nazirlərdən getmir:

"Cənab Prezident onların dərsini verdi, dərsini alanlar aldı, almayanlar, yəqin ki, yaxınlarda imtahandan kəsiləcəklər”.

Ə.Ələkbərli təəssüflə vurğulayıb ki, bu gün hələ də ölkədə gedən islahatların, 44 günlük müharibənin yaratdığı yeni relallıqların mahiyyətini, dövlət idarəçiliyinə yeni yanaşma, yeni model gətirdiyini dərk etməyən, dərk edə bilməyən, hələ də öz köhnə fleytasında köhnə havasını çalmaqda davam edən, pandemiyanın yaratdığı məhdudiyyətləri bəhanə gətirib, vətəndaşları qəbul etməyən, onları dinləməyən, hətta şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərinə barmaqarası yanaşan, kabinetindəki yumşaq kreslosunda xumarlanmağa üstünlük verən məmurlar var.

"Halbuki, bu gün vəzifə kürsüsündə əyləşən məmur hər gün, hər saat özünə sual verməlidir: "Mən bu gün torpaqlarımızın işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, onları yetirən bu xalqın hansı problemini həll edə bildim?”

Məmurlar cənab Prezidentin "Məmur xalqın xidmətçisidir!” cümləsini idarələrinin girişindən, kabinetlərində gözlərinin önündən asmalıdırlar və bilməlidirlər ki, Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız, cəzasız qalmayacaq.

Məmurlar elə güman etməsinlər ki, "dəmir yumruq" ancaq ermənilər üçündür, bu "dəmir yumruq" hər an vətənimizə və vətəndaşımıza layiqincə xidmət etməyən, bununla da dövlətimizə və dövlətçiliyimizə xəyanət etmiş sayılan hər bir məmurun da başına enə bilər, enməlidir və enəcəkdir! Həmişə olduğu kimi, bu məsələdə də xalqın öz Prezidentinin yanındadır, öz Prezidentinə inamı tamdır!".

Son xəbərlər

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bütün xəbərlər