Siyasət

Şəhid anasının intihara cəhd etməsində səbəbkar icra başçısıdır? ...

MUMtv.az: - Hansı yolla olursa-olsun "gündəmdə qalmağı bacaran" Niyazi Bayramovun İcra Hakimiyyətinin başçısı olduğu Gəncə şəhərində daha bir şok olay yaşanıb.

Artıq bir neçə gündür ki, bütün sosial mediaların diqqəti Gəncə şəhərində cəmlənib.

Yayılan məlumatlara görə Gəncə şəhər sakini, 21 yaşlı şəhid Sahib Həsənovun anası Vüsalə Məmmədova maddi vəziyyətinin çətin olması, kirayə yaşadığı mənzilin pulunu verə bilməməsi və çarəsizik səbəbilə çoxlu sayda həb içərək intihara cəhd edib. Xoşbəxtlikdən yaxınları bundan tez xəbər tutub, onu xəstəxanaya çatdıra bilib.

Hazırda vəziyyəti ağırdır və Gəncə şəhər 3 saylı xəstəxanada müalicə alır.

Yeganə övladını torpaq uğrunda torpağa verən ananın hazırkı durumunu öyrənmək üçün mobil telefonuna zəng etdik. Zəngimizə Vüsalə xanımın anası Almaz Məmmədova cavab verdi və Vüsalə xanımın vəziyyətinin ağır olduğunu, qan qusduğunu, hazırda "USM" müayinədə olduğunu bildirdi.

Qeyd edək ki, yerli medialardan aldığımız məlumata görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anası Vüsalə Məmmədovanı xəstəxanada ziyarət edib.

Bu barədə də Almaz xanımdan soruşduq. Xanım bildirdi ki: - "Bəli, dünən də gəlib, bu gün də".

Yeri gəlmişkən, Vüsalə xanımın intihara cəhd etmə səbəblərindən birinin, hətta birincisinin aylardır ki, İcra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməməsi olub.

Vüsalə xanım bildirir ki: "Maddi vəziyyətim çox pisdir. Kirayə pulunu belə verə bilmirəm. Özüm də işsizəm. Dəfələrlə hər hansı bir işlə təmin olunmağımı istəmək üçün İcra Hakimiyyətinə getmişəm. Hər dəfə də ",Başçı yoxdur" deyib, geri qaytarıblar".

Qeyd: Gəncə sakinlərinin ən vacib problemlərindən biri də "İcra başçısının qəbuluna düşə bilməmək" problemidir.

Bütün sakinlərin fəaliyyətsizliyindən narazı olduğu nəyinki sakinləri, şəhərin özü üçün də "gözəçarpan" heç bir yenilik etməyən Niyazi Bayramovun başının nəyə qarışdırığını, hansı "vacib məsələlər"ə görə sakinləri ən azından dinləməyə belə vaxt ayıra bilməməsi müəmmalı olaraq qalır.

Yeri gəlmişkən, "DogruXeber.az"ın izləyiciləri xatırlamış olarlar, 44 günlük müharibə ərəfəsində düşmən tərəfindən Gəncəyə atılan balistik roket nəticəsində zərərçəkmiş sakinlər də redaksiyamıza problemlərinin hələ də tam həll olunmamış qaldığından , bununla bağlı dəfələrlə İcra hakimiyyətinə getsələr də başçının onları qəbul etməməsindən narazılıqlarını bildirdilər.

Bunu zatən xatırlamamaq mümkün də deyil. Çünki, eyni vəziyyət davam etdiyindən, eyni narazılıqlar, eyni etirazlar hələ də davam etməkdədir.

Hörmətli Niyazi Bayramov, artıq, "canını boğazına yığıb", intihar həddinə çatdırdığınız, hətta bunun üçün ilk addımı atmasına səbəb olduğunuz şəhid anasını xəstəxanada hər gün ziyarət etmək "topuğa dəyən daş"dan başqa bir şey deyil.

Ən azından getdiyinizə görə də heçolmasa nələrsə etsəydiniz, dərd yarı...

Amma, eşitdiyimizə görə o da yoxdur.

Çünki, biz Vüsalə xanımın anası Almaz xanım ilə telefonla danışarkən, İcra Hakimiyyətinin hansı addımlar atdığını və nələr vəd etdiyini də soruşduq.

Xanım cavab verdi ki: - "Heç nə etməyiblər. Verdikləri vəd də budur ki, "Sağal, yaxşı olacaq. Vəssalam".

Düşünürük ki, bu vətən, bu xalq üçün, bu torpaqlarda qanını tökən, ən şirin, ən dəyərli nemətini - canını, varlığını qurban verən bir şəhidin əmanəti olan, bircə anasına sahib çıxa bilməyən dövlət qurumu, dövlət məmuru bu ölkə üçün gərəksizdir.

Yaşamağa haqqı olmayan şəhidin əmanəti deyil, onu o həddə çatdıranlardır.

Bir ölkə, bir xalq uğruna canını verən oğulun əmanəti olan bir anasına sahib çıxa bilməmək "xəcalət damğası"dır.

Əslində, "sahib çıxmaq" da demək olmaz.

Qadın nə istəyir?

- "Mənə iş verin, zəhmətimlə özümü dolandırım".

Bunu belə edə bilmiriksə, daha doğrusu etmiriksə, vay bizim halımıza...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Bütün xəbərlər