Cəmiyyət

Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib

Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib.

Mumtv.az APA-nın yerli bürosunun xəbərinə əsasən bildirir ki, müraciətdə qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Gəncə 2020-ci il 31 avqust tarixindən etibarən sərt karantin rejimi zonasından çıxarılıb. Buna səbəb şəhərdə həyata keçirilən preventiv tədbirlər nəticəsində yoluxma sayının kəskin azalmasıdır: "Nəzərinizə çatdıraq ki, Gəncədə pandemiya elan edildiyi ilk gündən COVİD-19 infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilib.

Belə ki, şəhər ərazisində tibbi-profilaktiki və maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişinə əsasən Koronavirusa Qarşı Mübarizə Qərargahı yaradıldı. Qərargahın tərkibində fəaliyyət göstərən mobil qruplar maarifləndirmə tədbirləri aparıb. Gəncənin bütün küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri gücləndirilmiş qaydada həyata keçirilib. Şəhər rəsmilərinin iştirakı ilə Gəncənin müxtəlif ərazilərində maarifləndirmə xarakterli monitorinqlər təşkil olunub, sakinlərlə profilaktiki söhbətlər aparılıb. Eyni zamanda Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən dəreydlər təşkil edilərək, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində qanuna müvafiq formada tədbirlər görülüb. Lakin sərt karantin rejimindən çıxmağımıza baxmayaraq, ölkədə xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu isə o deməkdir ki, yuxarıda sadalanan tədbirlər mütəmadi olaraq davam etdiriləcək.Əziz sakinlər! Gəncə Şəhər İcra Hakimiyyəti həmrəylik göstərib qaydalara əməl edən sakinlərə öz dərin təşəkkürünü bildirir. Ümid edirik ki, bundan sonra da öhdənizə düşən vəzifəni layiqincə yerinə yetirəcəksiniz. Onu da bildirək ki, bütün görülən işlərin təməlində sizin sağlamlığınız dayanır”.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər