Gündəm

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Gəncə də daxil olmaqla, ölkənin bir sıra şəhər və rayonlarında tədbiq olunan sərtlərşdirilmiş karantin rejimi davam edir. Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlərin miqyasını isə bu günlərdə daha da genişləndirib. 

Mumtv.az APA-nın qərb bürosunun xəbərinə görə bildirir ki, Gəncədə növbəti dəfə gücləndilmiş və genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. Səhər saatlarından başlayaraq şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulublar. Dezinfeksiya işləri Gəncənin qəsəbə və yaşayış massivlərini də əhatə edib. Park və meydanlarda, yaşayış məhəllələrində, çoxmənzilli binalar və digər ərazilərdə görülən tibbi-profilaktiki işlər gün boyu davam edəcək. 

Məlumat üçün bildirək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq, şəhər sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları barədə bir gün əvvədən yerli KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.

 

Tibbi-profilaktiki tədbirlərlə yanaşı reyd və maarifləndirmə işləri də davam etdirilir. Bu dəfəki reydlər bazarlarda və kənd təsərrüfatı məhsullarının satış məntəqələrində aparılıb. Reydlərdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəis müavini Arif Hüseynov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin rəis müavini İrza Nağıyev iştirak ediblər. 

İki istiqamətdə reallaşan reydlər zamanı sözügedən məkanlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunduğu yoxlanılıb. Sahibkar, satıcı və alıcıların müvafiq icazələrinin olub-olmamasına da baxılıb. Sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlər görülüb. Reyd zamanı satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin önəmi bir daha xatırladılıb. Sakinlərə sosial məsafə saxlamaq, tibbi maska, əlçək və sprit kimi, qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunub. 

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər