Gündəm

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət
Bu gündən etibarən Gəncə sakinləri yaşayış yerini SMS icazə almadan, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən, xidməti vəsiqə və ya iş yeri barədə arayış təqdim etmədən tərk edə bilərlər. Bununla yanaşı bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub. Eyni zamanda muzey və sərgi zalları da qapılarını ziyarətçilərin üzünə açıblar.

Gəncənin bir sıra ərazilərində olub, xüsusi karantin rejimi yumşaldıqdan sonra şəhərdəki vəziyyəti izləmişik.

Fəaliyyətini bərpa edən restoran, kafe və çay evlərində hələki müştəri sıxlığı müşahidə olunmur. Bununla belə xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edərək, qeyd olunan məkanlara üz tutanlar az deyil.

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağanın götürülməsindən faydalanaraq, parklarda istirahət edənlərə də rast gəlinib.

Müzey və sərgi salonlarında isə hələlik sakitlik höküm sürür.

İaşə obyektlərində xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilir. Müştərilərin restoran, kafe və çay evlərinə daxil olarkən dezinfeksiyaedici məhlullardan istifadə etmələrinə nəzarət olunur. Personal tibbi maska və əlcəkdə xidmət göstərir.

Bank və ATM-lərin qarşısında dayanan sakinlər arasında sosial məsafənin qorunmasına isə DİN əməkdaşları nəzarət edirlər.

Bulvar, park və xiyabanlarda, o cümlədən küçə və prospektlərdə aparılan dezinfeksiya işləri qrafikə uyğun olaraq davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan 32 mobil qrup da öz fəaliyyətini davam etdirir. Mobil qrupların üzvləri sakinlər arasında profilaktik söhbətlər aparır, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırırlar.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.(Azerinfo.az)Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər