Gündəm

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO

MUMtv.az- Hər şey təhsildən başlayır!

Elə korrupsiya, valideyin və uşaq narazılıqları da hazırda Emin Əmrullayevin rəhbərlik etdiyi təhsildən başlayır desək yerinə düşər.

Yaxşı təhsil almaq, elmi bilikləri öyrənmək üçün məktəbə yolladığımız övladlarımızın məktəbdə ilk öyrəndiyi şey rüşvət olur.

Əlifba bayramında pul yığılır, digər bütün bayramlarda pul yığılır, "fond pulu", "süpürgə pulu", "kitab pulu", "gündəlik", "iş dəftəri", "təmir pulu"... və sair... və sair...

Qısaca desək, dövlətin edəcəyi işlərin də müəyyən bir qismini bir çox məktəblərdə şagirdlər və valideynləri icra edir.

Məsələn sinif otaqlarında kiçik təmir işləri, bölgələrdə kənd məktəblərinin istilik problemləri və sair...

Atalar yaxşı deyib: "Quyuya su tökməklə, quyu sulu olmur".
Mənbə olmadısa, gerisi boş...

Hər gün mediada, sosial şəbəkələrdə təhsil barəsində yayımlanan tənqidi materiallar, valideyin narazılıqları, hətta müəllimlərin belə bəzi etirazları deyəsən qətiyyən cənab Əmrullayevi narahat etmir.

Çünki, narahat edən mənbə, yəni məsuliyyət yoxdur bəlli ki.

İfadələrimiz biraz sərt ola bilər. Amma, bildiririk ki, biz bu etirazı xalqın dili, aidiyyəti qurumların gözü, qulağı olan jurnalist olaraq, eyni zamanda valideyin olaraq bildiririk.

Min bir əziyyətlə böyütdüyümüz, sağlam, savadlı böyüsün deyə hər çətinliyə qatlandığımız övladlarımızı rüşvət sayəsində "müəllim" olan savadsızlara etibar etmək məcburiyyətində qalırıq. Hansı ki, yüzlərlə, hətta minlərlə savadlı müəllimlər var ki, pulu olmadığı üçün öz ixtisasına, peşəsinə yiyələnə bilmir ki, bu da birbaşa sözügedən sahənin rəhbərliyinin günahıdır.

Bu barədə "DogruXeber.az" informasiya agentliyində dəfələrlə narazı valideynlərin və müəllimlərin söylədikləri faktlara əsaslandırılmış məlumatlar dərc etmişik.

Hətta, Təhsil Nazirliyinin mətbuat xidmətinə də bu barədə müəyyən suallarımızı ünvanlamışıq. Nə yazıq ki, rəhbərliyinin "izi ilə gedən" mətbuat katibi Cəsarət Valehov da nə suallarımıza, nə də bu qədər dərc edilən məlumatlara heç bir reaksiya vermir.
Bəlkə də məlumatların və etirazların haqlı olduğunu qəbul etdikləri üçün susmağı seçiblər.

Yeri gəlmişkən Emin Əmrullayevin yaxın günlərdə bir ifadəsi gündəmin aktual mövzusuna çevrildi ki, "Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq."

Cənab Əmrullayevin belə düşünməyə əsas verən səbəbinin nə olduğunu deyə bilmərik. Amma, yəqin elə bu məntiqlə direktor olmaq istəyən ali savadlı, elmi dərəcəli, təhsil sahəsində kifayət qədər zəhməti və uğurları olan xanım namizədləri hələ də gözlətməkdə davam edir.

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO


Yeri gəlmişkən, onu da bildirək ki, "DogruXeber.az"ın ötən yayımında təhsildə baş verən korrupsiya faktları barəsində eşitdiklərimizdən bəhs etmişdik.

My Webpage



Bu mövzuya toxunmağımızla sən demə nəyinki çoxlarının, deyəsən elə hamının "təhsil yarası"nın "qaysağını qoparmış" olduq. Hansı ki, bunu sosial şəbəkələrdə, rəy bölməsində gələn reaksiyalardan da özünüz görmüş olarsınız.

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO


Gördüyünüz kimi bunu biz yox, Emin Əmrullayevin fəaliyyətsizliyinin narazı saldığı, daha doğrusu cana doyurduğu şahidlər deyir. Yəni bizim heç bir qurum, yaxud məmur ilə qərəzimiz yoxdur. Adımızdan gördüyünüz, fəaliyyətimizdən də tanıdığınız kimi "Dogru Xeber.az" hər zaman haqqın yanında, haqsızın qarşısında olub, yalnız doğru məlumatları ictimaiyyətə təqdim edir.

İnsanlığını nəfsinə qurban verən memurların haqqında gərəkən faktları bizə elə məmurlar özləri verir.

Çünki, atalar deyir: "Od olmayan yerdən tüstü çıxmaz".

Fakt var ki, məlumat da var.

"Oğurluq" etməzdən əvvəl, "ömrünün 40 gün olduğunu" düşünsək nəyinki ölkəmiz, dünyamız düzələr bəlkə də.

Düşünək!

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az





Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər