Gündəm

Cəbrayıl sakinləri  susmur - VİDEO

MUMtv.az: - (... Əvvəli ötən yayımımızda) Cəbrayıl rayon sakinləri arasında narazılıq davam edir. Hətta, getdikcə daha da şiddətlənir desək daha doğru olar.
Belə ki, daha bir Cəbrayıl rayon sakini Aygün Mehdiyeva deyir:

- "Mən Mehdiyeva Aygün. Cəbrayıl rayon sakiniyəm. Biləsuvar rayon ərazisində yerləşən, 6 saylı qəsəbə, ev 101-də yaşayıram.
Sözüm cənab prezident İlham Əliyevədir.
Hörmətli, prezident. Siz Kamal Həsənovu Cəbrayıl rayonuna hansı səlahiyyətləri icra etsin deyə İcra başçısı təyin etmisiniz?
O insan özünü apara bilmir. Kimə istəyir iş verir, pensiya yaşı çatıb, işdən çıxanlara da. Mən tək qadınam. Yaşlı, şəkər xəstəsi anam mənim himayəmdədir. Özüm də işsizəm. Anamın aldığı 250 (iki yüz əlli) AZN pensiya ilə dolana bilmirəm. Bilmirəm o 250 (iki yüz əlli) manatı işığa, qaza, suya və digər kommunal xərclərə ödəyim, yoxsa anamın dərmanlarına verim, yoxsa ərzağa ?!...
İş üçün də dəfələrlə İcra başçısına müraciət etmişəm, deyir mən "mən iş verənəm?". Kamal Həsənov və onun ətrafındakılar torpağın yaxşısını, su olan hissəsini başqa-başqa adamların adına keçirib, özləri əkib-becərirlər. Əldə etdikləri məhsulu əkin vaxtı baha qiymətə toxumluq kimi satırlar. Biz su da tapa bilmirik. İş üçün müraciət edən xanımlara deyir "ərlərinizi buraxmırsınız, gedib başqa yerdə işləsin. Saxlamısınız yanınızda". Hörmətli prezident, bu nə deməkdir? İcra başçısının vətəndaşla bu cür danışmağa ixtiyarı varmı?
Sizdən xahiş edirik, Cəbrayıl rayon İcra başçısının haqqında ciddi tədbir görəsiniz. O şəxs o vəzifəyə layiq deyil."



Cəbrayıl rayonunun "Daş Veysəlli kənd sakini, Biləsuvar rayon ərazisində yerləşən, 3 saylı Cəbrayıl qəsəbəsi, ev 77 ünvanında yaşayan Xalidə Məmmədova deyir:

- "Cənab prezident, mənim evim yaşamağa yararsız vəziyyətdədir. Evin təmirsiz olması, yay aylarında evimizdə ilanların məskən salması, üstəlik də işsizlik mənim övladlarımı və gəlinlərimi evimdən didərgin salıb. İcra başçısına dəfələrlə müraciət etmişəm, baxmır. O sizə layiq, vəzifəsinə layiq insan deyil. Bütün işləri özünün, müavinlərinin yaxınlarına verib, mənim balalarıma adi fəhlə işi belə tapıb vermədi. Evimin vəziyyətinə də indiki "JEK"ə (Mənzil kommunal təsərrüfat birliyi) də, keçmiş "JEK"lərə də müraciət etmişəm, gəlib baxıblar da. Özləri də təsdiq ediblər yaşayışımın acınacaqlı olduğunu və bildiriblər ki, Kamal Həsənova müraciət etməliyəm. Kamal Həsənovun səlahiyyətindədir. Kamal Həsənov isə yalandan oturub orda, heç bir işə yaramır."



Bundan əlavə xanım rayonda fəaliyyət göstərən təhsil, səhiyyə və digər sahələrdə də özbaşınalıqların mövcud olduğunu redaksiyamıza göndərdiyi videomüraciətində xüsusi vurğulayıb. (Daha ətraflı növbəti videogörüntülərdə təqdim edəcəyik)

Səhiyyə və təhsilin də İcra başçıları ilə əlaqələri məsələsinin də hansı formada cərəyan etdiyini dəfələrlə agentliyimizdə vurğulamışıq, eyni zamanda hər bir vətəndaş da bunun birbaşa şahididir.

Ötən məlumatlarda bildirdiyimiz kimi Cəbrayıl rayon İcra Hakimiyyətinin bəzi tərəfdarları bir vaxtlar agentliyimizə qarşı qərəzli təpki göstərib, hətta üzərimizə hücum belə etmişdilər. Çox təəssüflər olsun ki, eyni düşüncə və eyni addımlar ilə müstəqil medianı susdura biləcəyini düşünən fərdlər hələ də var. Bu fərdlərin də bəziləri yaşlı nəslin nümayəndələridir. Hansı ki, pensiya yaşının çoxdan çatmasına baxmayaraq, bu gün də dövlət müəssisəsində çalışır. "Xalq" anlayışının yaşadığı mənzilin divarları arasında olanlardan ibarət olduğunu düşünən bəzi sakinlər də İcra başçısının gözünə "şirin" görünmək üçün nə öz yaşına, nə bizim fəaliyyətimizə yaraşmayan təhqiramiz ifadələrlə bizi susdurmağa çalışırlar.

Biz "DogruXeber.az" informasiya agentliyi olaraq, hər zaman səlahiyyət hədlərini aşan məmurların deyil, məmurların sözün əsl mənasında saymadığı vətəndaşların yanındayıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Ardı var...

DogruXeber.az



Son xəbərlər

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bütün xəbərlər