Gündəm


"Belə görünür ki, Məhəmməd Nəcibullanın taleyi rus süngüsü üzərində hakimiyyət qurmağa çalışanlara dərs olmayıb"
"Belarus diktatoru Aleksandr Lukaşenkonun ardınca Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev də rus süngüsü üzərində hakimiyyətini saxlamaq niyyətinə düşərək, hərbi yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Hər kəsə aydındır ki, KTMT-nin ordusu və ya silahlı qüvvələri mövcud deyil. KTMT-nin hərbi qüvvəsi ancaq rus əsgərindən ibarətdir. Artıq Orenburq yaxınlığındakı aviasiya alayı, Kamensk şəhərində yerləşən 11-ci mühafizəçi-mühəndis briqadası da Qazaxıstana göndərilmək üçün hazırlıq vəziyyətinə gətirilib. Belə görünür ki, Rusiya Qazaxıstana bir neçə minlik ordu göndərmək niyyətindədir". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq hesab edir ki, KTMT-nin hərbi qüvvəsi olan rus əsgərləri qazaxların qanını axıdacaq: "Rusiya Federal Təhlükəsilik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinin artıq Qazaxıstanda olduğu haqqında məlumatlar var. Rus süngüsünü qazax xalqına qarşı isə prezident Qasım-Comərd Tokayev yönəldib. Bundan sonra Tokayev qazax xalqının və o cümlədən, bütün dünyanın nəzərində Moskvanın kuklası (marionetka), öz xalqına qarşı yadelli orduya sığınan satqındır. Qazaxlar bundan sonra Tokayevə Nazarbayevdən daha çox nifrət edəcəklər. Əgər Nazrbayev qazaxların gözündə korrupsioner avtoritar lider idisə, Tokayev rus süngüsü üzərindəki kukladır. Rusiyanı təhdid, təhlükə hesab edən xalqın fərqli düşünməsi mümkün deyil".
Xaqani Cəfərli onu da bildirib ki, Rusiya postsovet məkanında mövcudluğunu avtoritar liderlərin hesabına saxlayır: "Buna görə də Ukraynadan sonra Qazaxıstanda da avtoritar hakimiyyətin devrilməsi Rusiya üçün fəlakət demək olardı. Ancaq bütün bunlar müvəqqətidir. Rusiya postsovet respublikalarının azadlıq uğrunda mübarizəsinin qarşısını almaq, avtoritar liderləri əbədi olaraq rus süngüsünün üzərində saxlamaq qüdrətinə malik deyil. Belə görünür ki, Məhəmməd Nəcibullanın taleyi rus süngüsü üzərində hakimiyyət qurmağa çalışanlara dərs olmayıb".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər