Gündəm

Minski Bakıya gətirən nə idi?
Ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri bir sıra önəmli siyasi hadisələrin fonunda baş vermişdi. Səfərdən bir neçə gün əvvəl Rusiya və Ermənistan liderləri Moskvada görüşmüş, ardınca İrəvanda Putinin Azərbaycandan əlindəki erməni terrorçuları azadlığa buraxmasını xahiş etdiyi "müjdəsi” yayılmışdı. İddialara görə, bu məqsədlə İrəvandan Bakıya uçan rus "sülhməramlı” generalı Rüstəm Muradov əli ətəyindən uzun geri qayıtmışdı. Üzərindən çox keçməmiş Rusiya rəsmilərindən biri tərəfləri aralarındakı mübahisələri müzakirə etmək üçün yenidən Minsk Qrupu danışıqlarına qayıtmağa çağırmışdı. Ertəsi gün isə Aleksandr Lukaşenkonun məlum səfəri ilə Minsk Bakının ayağına gəlmişdi. Məşhur atalar sözündə deyildiyi kimi: "Dağ Məhəmmədə sarı getmirsə, Məhəmməd dağa gedər”.

Bütün bu gəlişmələrin fonunda Lukaşenkonun Bakıya, ardınca isə Moskvaya səfəri istər-istəməz ağla "əcəba, Lukaşenko Bakıya nəbz yoxlamağamı gəlib” sualını gətirirdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi”nin (BMTM) bu səfəri şərh edən analizi isə ölkələrimiz arasındakı münasibətlərin gözlədiyimizdən daha yüksək olduğunu, Lukaşenkonun sadəcə kiminsə elçisi kimi Bakıya gəlmədiyini göstərir.

Azərbaycan-Belarus münasibətlərinə işıq tutan analizi Ovqat.com oxucularına təqdim edirik:

AZƏRBAYCAN - BELARUS ƏLAQƏLƏRİNİN HAZIRKI VƏZİYYƏTİ

Belarus Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 11 iyun 1993-cü il tarixində qurulmuşdur. İkitərəfli əlaqələr əsasən prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cari ilin 13-14 aprel tarixində Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, Belarus prezidentinin 2020-ci il prezident seçkilərindən sonra ikinci rəsmi xarici səfəri olmuşdur.

Xatırlatmaq lazımdır ki, ötən il Belarus Respublikasında baş tutmuş prezident seçkilərindən sonra hazırkı dövlət başçısı Aleksandr Lukaşenko yenidən prezident postuna seçilmişdir. Təbii ki, seçkilərin nəticələri ilə bağlı yaranmış böhran nəticəsində Belarusda hakimiyyətə qarşı keçirilmiş kütləvi etirazlar aksiyaları siyasi vəziyyətin müəyyən bir müddətə gərginləməsinə gətirib çıxarmışdır. Lakin prezident Aleksandr Lukaşenko Rusiyanın dəstəyi ilə ölkədə vəziyyəti stabilləşdirmiş və öz hakimiyyətini qoruya bilmişdir. Məhz Belarus prezidentinin ilk rəsmi xarici səfəri Rusiyaya olmuşdur.

İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılmışdır. 13-14 aprel 2021- ci il tarixində prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri çərçivəsində Belarus və Azərbaycan arasında bir sıra sənədlər imzalamışdı. İmzalanmış sənədlər arasında ən vacib sənədlərdən biri "Energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” olmuşdur.

İkitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycana müxtəlif silahlar tədarük edir. Bu kontekstdə rəsmi Minsk ölkəmizin Hərbi Hava Qüvvələrinin arsenalında olan "S-125 Peçora” və "Osa” tipli zenit raket komplekslərinin modernləşdirilməsində aktiv rol oynayıb. BMT-nin Adi Silahlar Registrinə (United Nations Register of Conventional Arms) istinadən Azərbaycan Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa və 11 ədəd SU-25 döyüş təyyarəsi almışdır. Xatırlatmaq yerinə düşər ki, Rusiya istehsalı olan İskəndər taktiki ballistik raket sistemlərinin Ermənistan tərəfindən əldə edilməsindən və bu sistemlərin 2016-cı ildə keçirilən hərbi paradda nümayiş olunmasından sonra, Azərbaycan regionda hərbi balansı qorumaq məqsədi ilə Belarusdan "Polonez” əməliyyat-taktiki raket kompleksi almışdır.

Vurğulamaq lazımdır ki, Rusiya-Belarus arasında baş vermiş enerji böhranı nəticəsində rəsmi Minsk Azərbaycanla daha sıx əməkdaşlıq etməyə maraq göstərmişdir. Rəsmi Moskva Belarus Respublikası üçün ən böyük investordur və ölkənin enerji bazarına nəzər salsaq görərik ki, Belarus Respublikası enerji idxalından çox asılıdır. Bu kontekstdə Rusiya (80%) ilk yeri tutur. Xam neftdən alınan məhsullarının satışı isə ölkə iqtisadiyyatı üçün olduqca vacibdir və ölkənin xarici ticarətinin 40-45%-ı təşkil edir. Rusiya ilə həm Gömrük İttifaqında, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT), həm də Müstəqil Dövlətlər Birliyində (MDB) strateji tərəfdaş olan rəsmi Minsk iqtisadi və siyasi cəhətdən Rusiyadan çox asılıdır.

Son illər ərzində Belarus-Azərbaycan ikitərəfli əlaqələri daha da inkişaf etməyə başlamışdı. 2020-ci ildə Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 447,1 milyon dollar olmuşdur. Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur.

Belarus Azərbaycana əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edir. Azərbaycandan Belarusa isə neft-kimya məhsulları, spirtli içkilər (şərab), fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçalar idxal olunur. Bundan başqa da əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda Belarus traktorlarının yığımı həyata keçirilirdi. Bu sahədə Azərbaycanla əməkdaşlıq 2007-ci ildən başlamışdı, lakin son illər ərzində traktor istehsalında azalma müşayiət olunurdu və 2020-ci ildə isə traktor yığımı dayandırılıb.

Siyasi sahədə rəsmi Bakı və Minsk ikitərəfli əlaqələrini inkişaf etdirmiş və Belarus Respublikası həm Müstəqil Dövlətlər Birliyində (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın maraqlarına zidd addım atmamışdı. Rəsmi Minsk hər zaman KTMT çərçivəsində Belarus hərbiçilərinin olası münaqişə zonasına göndərilməsi fikrini bir mənalı şəkildə dəstəkləməmişdir. Bundan başqa, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz şəkildə səfər edən bloqqer Aleksandr Lapşinin Minskdə saxlanılması və Azərbaycana ekstradisiya edilməsi siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Xüsusilə, vurğulamaq lazımdır ki, rəsmi Minskin Rusiyanın "Qazprom” şirkətinə olan borcunu qaytarmaq üçün Azərbaycandan 200 milyon dollar borc pul alması prezident İlham Əliyev və Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin daha da artmasına zəmin yaratmışdır. Hətta bu məqamı Belarus prezidenti Aleksandr Lukaşenko xarici mətbuat orqanlarına verdiyi müsahibəsində də xüsusilə vurğulamışdır.

Enerji sahəsində iki ölkənin əməkdaşlığına toxunaraq, qeyd etməliyik ki, Rusiya-Belarus arasında yenidən yaranmış enerji böhranı ( Rusiya qanunvericiliyinə neft sənayesi ilə bağlı "vergi manevri” adlanan dəyişikliyin tətbiq edilməsi) nəticəsində, rəsmi Minsk xam neft idxalının diversifikasiya prosesini daha da
sürətlənirdi.

Xatırlatmaq yerinə düşər ki, Belarus Azərbaycandan 2011-ci ildə təqribən bir milyon tona yaxın və 2016-cı ildə isə 560 min ton xam neft idxal etmişdir. Ötən il ərzində isə Belarusa neft ixracı 1 milyon tona bərabər olmuşdur. Görünən odur ki, Azərbaycan xam neftinin Belarusa ixracı hər iki ölkə üçün maraq doğurur. Azərbaycanın əsas xam neft brendi olan "Azeri Light” markalı neft emal prosesi üçün əlverişlidir və bu markadan alınan neft məhsulları yüksək keyfiyyətə malikdirlər.

A.Lukaşenkonun Bakı səfərinə xüsusi önəm verməsi onu göstərir ki, yaxın gələcəkdə də Belarus-Azərbaycan əlaqələri müsbət dinamika ilə inkişaf edəcək və enerji sahəsində əməkdaşlıq daha da artacaqdır. Təsadüfi deyil ki, cari ildə də Azərbaycandan Belarusa xam neft ixracı bir milyon ton olması nəzərdə tutulur. Həmçinin, nəzərə alsaq ki, SOCAR Avropanın bir çox ölkəsində "midstream” və "downstream” fəaliyyətləri göstərir və Belarus neft emalı zavodları xam neftin emalı prosesini uğurla həyata keçirərək dünya bazarlarına hazır neft məhsulları ixrac edir, SOCAR da Belarus enerji şirkətləri ilə gələcəkdə birgə fəaliyyət göstərə bilər.

Sonda, qeyd etməliyik ki, Belarus KTMT üzvüdür və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Artıq Dağlıq Qarabağ müharibəsi başa çatmışdır və Belarus həm MDB, həm də KTMT üzv dövləti olaraq Ermənistan-Azərbaycan arasında sülh prosesinin sürətli inkişafına öz töhfəsini verə bilər. Aydın məsələdir ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırmışdır. Belarus prezidenti Aleksand Lukaşenko da ölkəsinin post-konflikt zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməsini dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər. Belə ki, bu ölkənin ÜDM-nin təxminən 6,78% -nı, ümumi ixracatın isə 20% -ni kənd təsərrüfatı təmin edir.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər