Gündəm


MUMtv.az: - "Sülhməramlılar paradla yox, meşələrdə gizlənən erməni əsgərlərini tutmaqla məşğul olmalıdırlar”.

Bu sözləri İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümü ilə əlaqədar Rusiyanın Xocalıda 9 may paradı keçirmək istəyini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloq hesab edir ki, 9 May paradının Xocalıda keçirilməsi biabırçı addımdır və bu, Azərbaycanın milli heysiyyatına toxunmaqdır:

"Faşizm üzərində qələbənin ildönümü Azərbaycanda da qeyd olunur. Lakin rus sülhməramlılarının bu günü parad şəkilində keçirmək istəyi əndazəni aşmaqdır. Paradın keçirildiyi yer Azərbaycanın milli hiss və duyğuları, xatirələri ilə bağlı olan və tarixə soyqırımının baş verdiyi ərazi kimi düşən Xocalı hava limanının yaxınlığıdır ki, bu, sözün əsl mənasında xalqımıza qarşı təhqiramiz hərəkət və saymamazlıqdır.

Əslində, rus sülhməramlılarə hansısa qapalı məkanda və ya Xankəndinin mərkəzi meydanında faşizm üzərində qələbə barədə danışa bilər və daha sonra ermənilərin onlara verdiyi tut arağı və çaxırdan içib bayramı təntənəli sürətdə qeyd edə bilərdilər. Lakin rus sülhməramlılarının Xocalıda təntənəli yürüş keçirmək istəyi hiddət doğurur.

Rus sülhməramlılar ölkənin milli müdafiə qüvvələri, Xocalı hava limanı isə Moskvanın Qızıl Meydanı deyil. Yəni Xocalıda paradın keçirilməsi siyasi rəhbərliyin göstərişi ilə baş tutan aksiyadır. Rusiyanın baş paradı həmişə Qızıl Meydanda keçirilib. Sülhməramlılar meşələrdə gizlənən erməni əsgərlərini tutmaqla məşğul olmalıdırlar. Əgər rus sülhməramlılar bayram qeyd etmək istəyirlərsə, bunu bayrama layiq səviyyədə etməlidirlər.

Başqa xalqların hisslərinə toxunan addımların atılması yolverilməzdir. Bu, biabırçı hərəkətdir. Rus sülhməramlıları sülhü müdafiə etməyə gəliblər, yoxsa hərbi parad keçirməyə? Faşizm üzərində qələbə Rusiyadan daha çox Azərbaycanın hesabına baş tutub. Bakı nefti olmasaydı, faşizm üzərində qələbə çalınmayacaqdı. Bəlkə də Rusiyanın taleyi indi başqa cür cərəyan edirdi.

Bunu nəzərə almayıb, soyqırımına məruz qalmış Xocalının bir addımlığında parad keçirilməsi Rusiyanın əzələ nümayiş etdirməsidir. Sənə kim icazə verib ki, Azərbaycan torpaqlarında parad keçirəsən?! Rusiyanın başqa ölkələr üzərində istehzalı davranışları artıq kifayətdir. Onsuz da Rusiya və postsovet məkanındakı bir neçə ölkədən başqa, heç bir Avropa ölkəsi Qələbə Gününü qeyd etmir. Rus sülhməramlılarının məlum addımından sonra artıq heç bir dövlət Qələbə Gününü qeyd etməyəcək”.

Qeyd edək ki, rus sülhməramlıları Xocalı hava limanında 9 may paradının ilk məşqlərini keçiriblər. Parad məşqlərinə təxminən 400 rus hərbçisinin cəlb olunduğu açıqlanıb. Rusiya Müdafiə Nazirliyindən bildirilirb ki, təntənəli yürüşdə hər birində 45-ə qədər hərbçinin olduğu 10-a qədər dəstə keçid edəcək.

Parada hazırlıq təlimlərinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairəsinin 15-ci moto-atıcı alayının sülhməramlı heyəti qatılıb. Paradda Rusiyanın İnsani Müdaxilə Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.

Son xəbərlər

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Bütün xəbərlər