Gündəm

Overçuk Bakıdan gedən kimi... ATƏŞ SƏSLƏRİ EŞİDİLMƏYƏ BAŞLADI! - FAKT BUDUR!

 

 
Mumtv.az: - "İkinci Qarabağ müharibəsindən səkkiz ay keçməsinə baxmayaraq 10 noyabr və 11 yanvar razılaşmalarına Ermənistan Rusiyanın təlimatı ilə əməl etmir". Bu sözləri politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib. O qeyd edib ki, bununla yanaşı Ermənistan Azərbaycana qarşı revanşist mövqeni davam etdirir və ilkin şərt olaraq Qarabağda ermənilərin statusunu irəli sürür. Həmçinin, Azərbaycan tərəfindən ikitərəfli danışıqların əleyhinə olaraq sərhədlərin delimitasiyası və demarkasiyasına atəşlə cavab verir:

"Demək olar ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına və ümumiyyətlə, Azərbaycanla əlaqələrin bərpasında maraqlı deyil. Təbii ki, Ermənistanın bu siyasətinin arxasında Rusiya durur. Məhz Moskva Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinə qarşıdır. Həmçinin Zəngəzur dəhlizinin açılmasını regional maraqlarına təhdid hesab edir. Qeyd edim ki, Ermənistanla Azərbaycan arasında gərginliyə və regionda sülhün əldə edilməsinə əsas əngəl Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni silahlı birləşmələridir. Bu gün silahlı ermənilərə Laçın dəhlizi vasitəsilə silah-sursat daşınır. Hətta digər iri çaplı silahların daşınması həyata keçirilir. Halbuki, 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma Rusiya buna getmir və Qarabağda böhranı davam etdirməkdə maraqlıdır".
Politoloq vurğulayıb ki, artıq qanunsuz silahlı erməni birləşmələri atəşkəsi mütəmadi pozur: "Şuşa ətrafında bölmələrimizə qarşı hücum edilib. Göründüyü kimi Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı erməni silahlılarının hücumunu təşviq edir və münaqişənin davam etməsi görüntüsünü təqdim edir. Məhz Şuşa Bəyannaməsinin tez bir zamanda imzalanması Rusiyanın bu kimi provakasiyalarına qarşı Türkiyənin bizim müdafiəmizi təşkil etməsinə əsaslanırdı. Rusiya tərəfi üçtərəfli bəyannamənin yerinə yetirilməsi əvəzinə artıq Qarabağda separatizmi qızışdırır və erməniləri silahlı hücuma təşviq edir. Belə olan təqdirdə azərbaycanlıların Xocavənd, Ağdərə və Xankəndiyə qayıtması mümkün olmayacaq. Halbuki, bu, 10 noyabr birgə bəyannaməsində azərbaycanlıların bu ərazilərə köçürülməsi və birgə yaşayış qeyd edilib. Artıq 7-ci bəndin təmini mümkün olmayacaq. Rusiya Prezidenti Vladimir Putin artıq öz imzasının mürəkkəbi qurumamış müqaviləni görməzdən gəlir. Ermənistan Baş naziri Paşinyanın Moskvaya səfəri, məhz əldə edilən razılaşmalara əməl edilməməsi təlimatının verilməsi idi. Çünki Rusiya Şuşa Bəyannaməsindən hiddətlənib, həmçinin Azərbaycanı KTMT-yə dəvət etmək niyyətindədir. Amma, Azərbaycan Rusiyanın layihələrində yer almayacaq. Rusiya Baş nazirinin müavininin Bakıya səfəri, Azərbaycanın KTMT müşahidə institutuna üzv olması üçün danışıqlar aparıb. Onun əliboş Bakıdan qayıtması, Şuşada ermənilərin bölmələrimizə qarşı hücumu ilə müşayiət olundu. Artıq Rusiya Qarabağda sülhməramlı deyil. Bunu Azərbaycan ictimaiyyəti bilməlidir".

M.Əsədullazadə əlavə edib ki, Rusiya Qarabağda növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında katalizatordur:

"Prezident İlham Əliyev Ermənistanın növbəti dəfə mina xəritələrini verməməsini qeyd etdi. Mina xəritəsini verməyən Azərbaycanla sülh bağlamayacaq. Azərbaycan bundan sonra daha da ciddi Qarabağda silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir və Laçın dəhlizində mülki post qurmalıdır. Vəziyyət qeyri-sabitdir. ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməsi, Ermənistanı daha da mümkün anlaşmalara qarşı mövqe tutmağa rəvac verir. Hesab edirəm ki, Rusiya Ermənistanı silahlandıracaq və iki ölkə arasında sülhün bərqərar olmasına imkan verməyəcək".//dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər