Gündəm


Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Qarabağa görə Qərb ölkələrini ittiham edib. Nazir bildirib ki, BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib. Rusiyalı nazirin sözlərinə görə, həmin bölgə tamamilə minalanıb. Ona görə də orada normal fəaliyyət və yaşam mümkün deyil: "Ora əhali qayıda bilmir. Hələ heç kim bölgəyə qayıtmayıb”. Dəfələrlə gündəmə gətirilib ki, minalanmış ərazilərin təmizlənməsi və ermənilərin əlində olan xəritələrin alınması üçün həm beynəlxalq təşkilatlara, həm də Rusiya sülhməramlılarına müraciət olunub.

MUMtv.az: - Vurğulanıb ki, bu gedişlə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi çox uzun çəkə bilər. Hətta minalarla bağlı xəritələrin Rusiya sülhməramlılarında olduğu da iddia edilir. O səbəbdən minalanmış ərazilər məsələsində Moskvanın səmimiyyətinə inam azdır.

Məsələni "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan 30 il ərzində işğal olunmuş ərazilərin çox hissəsini minalayıb. Analitikin sözlərinə görə, Yerevan hökuməti Qarabağ müharibəsindən sonra minalanmış ərazilərin xəritəsini verməməklə ilk növbədə humanitar böhran yaradır:

"Bu cür davranış Ermənistanın sülhün əldə edilməsində avanturist yanaşmasını göstərir. Rusiya Ermənistana təsir imkanına malik ölkədir. Amma təəssüf ki, bunu etmir. Çünki Moskvada Qarabağ siyasətində səmimi deyil. Kreml BMT-yə müraciət etməklə sadəcə manevr edir. Müraciət Yerevana edilməlidir və xəritələr tələb olunmalıdır. BMT kimi Qərb təşkilatları yaxşı bilirlər ki, Ermənistandan xəritələri zorla ala biləcək yeganə güc Moskvadır. Ona görə də bu müraciəti ciddi qəbul etmir. Ümumiyyətlə, Rusiya bu məsələyə ikili standartlardan yanaşır və məqsədyönlü şəkildə Azərbaycan-Ermənistan arasında böhranı davam etdirir”.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər