Dünya

Ermənilər tərəfindən bu ərazilərin bəziləri minalanıb
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
Ermənistan artıq Dağlıq Qarabağda onlarla kənd və qəsəbəyə nəzarəti itirib. O, həmin əraziləri rəsmən Azərbaycana təhvil verir. Lakin bu ərazilərin bəziləri minalanıb.
Bunu Almaniyanın DER SPIEGEL jurnalı yazıb. Bildirilir ki, Azərbaycanla Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ bölgəsi uğrunda illərdir münaqişə yaşayan Ermənistan artıq 120-dən çox yaşayış məntəqəsinə nəzarəti Bakıya təhvil verib. Ermənistan hökuməti bazar ertəsi Azərbaycanın nəzarətinə keçmiş ərazilərin siyahısını açıqlayıb. Orada 121 şəhər, qəsəbə və kəndin adı yer alır.
Ermənistan ərazilərin bəzisini döyüşlər zamanı itiribsə, digərlərini döyüşsüz, təslim olmaqla əldən verib. Lakin bölgənin böyük bir hissəsi minalanmış ərazilərdir. "İnterfaks” agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu günlərdə mina partlayışı nəticəsində bir rus və 4 erməni hərbiçi yaralanıb, Azərbaycan Ordusunun zabitisə şəhid olub. Hadisə döyüşlər zamanı həlak olmuş hərbçilərin cəsədlərinin axtarışı zamanı baş verib.
Noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinin vasitəçiliyilə Dağlıq Qarabağda döyüşlərin dayandırılmasına dair razılaşma imzalayıblar. İlham Əliyev bunu Azərbaycanın "böyük zəfəri” elan edib. Ermənistanda isə sənədin imzalanmasına etiraz olaraq nümayişlər başlayıb. Etiraz aksiyasına qatılanlar Nikol Paşinyanın istefasını tələb edir. Onlar baş naziri məğlubiyyət aktı imzalamaqda və ərazilərin itirilməsində günahlandırırlar.
Dağlıq Qarabağ onillərdir iki keçmiş Sovet respublikası olan Ermənistanla Azərbaycan arasında mübahisə obyektidir. Bölgədə bu il sentyabrın 27-də başlamış yeni müharibədə Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi ərazilərin böyük hissəsini geri qaytarıb. Bakı bu müharibə zamanı "qardaş ölkə” olan Türkiyə tərəfindən tam dəstəkləndiyini bildirirdi. Ermənistan isə Rusiyanı özünə arxa sayırdı.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya bir neçə gün əvvəl etdiyi səfər zamanı İlham Əliyevlə görüşüb. Görüşdə o, Dağlıq Qarabağda müxtəlif dinə və etnik mənsubiyyətə sahib insanların birlikdə, dinc yaşaması üçün lazımi şəraitin yaradılmasının vacibliyini bildirib. Xatırladaq ki, Qarabağda xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında qarşıdurmalar keçmişdə də baş verib.
Dağlıq Qarabağda son atəşkəs razılaşmasına nəzarət etmək üçün bölgəyə 2000-dək Rusiya sülhməramlısı yerləşdirilib.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər