Gündəm

Minlanmış ərazilərin xəritəsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahındadır
MUMtv.az: - "Ermənilərin minlanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi hərbi cinayətdir”.

Bunu "Sherg.az”a açıqlamasında İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev deyib.

Ekspert bildirib ki, beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra minalanmış ərazilərin xəritələri qarşı tərəfə mütləq şəkildə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan ziyan çəkməsin:

"Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarında hər yeri, hətta hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Məqsəd isə məlumdur. Mümkün qədər çoxlu sayda mülki və hərbi şəxslərin həlak olması, eləcə də azad olunmuş ərazilərimizin bərpasına mane olmaqla vətəndaşlarımızın bu ərazilərə qayıdışını çətinləşdirmək, ölüm təhlükəsini artırmaq. Onlar iddi edir ki, guya minalanmış ərazilərin xəritələnməsi aparılmayıb və ona görə də onlarda belə bir xəritə yoxdur. Tamamilə yalandır. İstər NATO, istərsə də sovet və ya indiki Rusiya hərbi təlimatına əsasən, minalanan ərazilərin mütləq şəkildə xəritəsi olmalıdır. Hərbi təlimatlarda həm də o göstərilib ki, həmin xəritələrin bir nüsxəsi minalanmanı həyata keçirən hərbi hissədə, digəri isə silahlı qüvvələrin Baş Qərərgahında saxlanılır. Minaların ərazilərin xəritəsinin olmasını şərtləndirən digər bir məqam isə onunla bağlıdır ki, xəritələnmə ən azından gələcəkdə öz hərbi qulluqçularının minaya düşməməsi üçün həyata keçirilir. Minanı basdıran hissə və döyüşən hərbi hissələr fərqlidir. Döyüşən əsgərlərdə o xəritə olmadığı halda minalanmış ərazilərdən xəbərsiz olurlar ki, bu da onların ölüm riskini artırır. Ona görə də Ermənistanın belə bir xəritənin olmaması ilə bağlı dedikləri absurddur və yalandan başqa bir şey deyil”.

T.Musayevin fikrincə, xəritələrin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında olduğuna heç bir şübhə yoxdur:

"Ermənistan isə hətta sentyabrın 27-dən, yəni hərbi əməliyyatların başlamasından sonrakı dövrdə basdırılan minaların belə xəritəsini təqdim etmək istəmir. Nəticədə isə dinc dövrdə günahsız insanlar həlak olur. Minalanmış xəritələrin ermənilərdən alınması üçün ən optimal yol beynəlxalq təşkilatları minaların təmizlənməsi işinə qoşmaqdır. Beynəlxalq təşkilatların minaların təmizlənməsi işində iştirakı onların da bu xəritələri tələb etməsinə təkan verəcək. Bir daha təkrar edirəm, belə xəritələr var və çox böyük ehtimalla həmin xəritələr həm də Rusiya "sülhməramlılarına” verilib. Çünki uzun müddətdir ki, minaların təmizlənməsi işində iştirak edən rusiya kontingenti bu günə qədər bir dəfə də olsun həmin minaların qurbanına çevrilməyib. Üstəlik nəzarətlərində olan ərazilərdə heç nədən çəkinməyərək həm əsgərlərinin, həm də hərbi texnikalarının rahat şəkildə sərbəst hərəkətinin də şahidiyik ki, bu da onların minalanmış ərazilər haqqında dəqiq məlumata sahib olduqlarını sübut edir”.
Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin mina yerləri ilə bağlı məlumatlar əks olunmuş xəritələri verməkdən imtina etməsindən qaynaqlanan təhlükə barədə narahtlığımızı mütəmadi olaraq dünyaya çatdırmalıyıq. Bu gün minalanmış ərazilərin xəritələrinin tələb edilməsi beynəlxalq təşkilatlar üçün bir nömrəli siyasi vəzifə olmalıdır.
Azərbyacan olaraq beynəlxalq təşkilatları prosesə cəlb etməklə yanaşı Rusiyadan da həmin xəritələri Ermənistandan tələb etməsinə nail olmalıyıq. Çünki Rusiya imzalanmış üçtərəfli bəyanatın tərəflərindən biridir və həmin bəyanata görə də bölgədə təhlükəsizliyin təmin olunması həm də onun vəzifəsidir. Başqa sözlə ya beynəlxalq birlik və Rusiya Ermənistandan həmin xəritələrin alınmasına nail olmalıdır, ya da beynəlxalq öhdəlikləri və humanitar hüququ ciddi şəkildə pozan və bununla da hərbi cinayət törətmiş Ermənistanla bağlı konkret addımlar atmalıdır.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər