Gündəm

Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm
 
 
 
 
 
 

 
 
 
 
 
 

Yerevanda bir müddət əvvəl baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası və Parlament Assambleyasının iclasları Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun Ermənistana gəlməsi səbəbindən ən yüksək gərginliklə yadda qalıb. 

 

MUMTV.az-ın bundan əvvəl verdiyi məlumata görə, rusiyalı deputat Rusiyanın Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə şəxsən məşğul olacağını vəd edib. 

 

Buna cavab olaraq, hətta o, fiziki zorakılıqla hədələnib və bəzi "kədərli nəticələr” işarə edilib. Bundan əlavə, rusiyalı deputatın ölkədən çıxarılması üçün çağırışlar edilib. Ancaq heç bir erməni jurnalist Leonid Kalaşnikova nasist Qaregin Njdeyə münasibətini soruşmayıb.

 

Bununla bağlı Media.Az-a açıqlamasında Rusiya Dövlət Dumasının komitə sədri şəxsən danışıb. 

 

- Siz Yerevanda keçirilən KTMT iclasında iştirak etdiniz. Sizin səfərinizə qədər erməni sosial şəbəkələrində ünvanınıza təhdidlər səsləndirilirdi, Qaregin Njdeyə qarşı mövqeyinizə görə sizi deportasiya etmək çağırışı edilirdi. Hansısa aqressiya ilə qarşılaşdınız? 

 

- Xeyr, bütün bu çağırışlara və hücumlara baxmayaraq, nə jurnalistlər, nə də hakimiyyət narazılıq bildirdi. Rəsmi qərəz olmadı. Bundan başqa, mənə bununla bağlı sual verilmədi (Qaregin Njde ilə bağlı – red.). Görünür, başa düşdülər ki, mən dürüst və birbaşa cavab verəcəm. Məndə ikili yanaşma yoxdur, əgər erməni jurnalistlər soruşsaydılar, eyni mövqe sərgiləyərdim. 

 

- Ermənistan KİV-də ölkənin KTMT-dən çıxması ilə bağlı çağırışlar səsləndirilir və bildirirlər ki, təşkilat onlara kömək etmir. Siz Yerevanda əhval-ruhiyyəni hiss etdinizmi? 

 

- Mən belə bir şey hiss etmədim. Əlbəttə, Ermənistanda KTMT-dən çıxmağın tərəfdarı olan müəyyən qüvvələr var, amma bu rəsmi mövqe deyil. KTMT-nin, Rusiyanın dəstəkləməsi Ermənistan üçün ölüm və olum məsələsidir. KTMT və Rusiya olmadan Ermənistan var ola bilməz. Bütün bu hücumlar və çağırışlar (anti-Rus - red.) Ermənistanı həyati maraqlarından uzaqlaşdırır. Ona görə heç kim heç nədən çıxmayacaq. 

 

Mən erməni jurnalistlərə Azərbaycana silah tədarükü barədə də cavab verdim. Axı Ermənistana da silah tədarük edilir. Biz Ermənistana silah satanda azərbaycanlılar da qəzəblənir. Dedim ki, heç kimə silah satmamaq yaxşı olardı, əgər belə olubsa, onda sizə müttəfiq kimi, Azərbaycana tərəfdaş kimi təqdim edirik.

 

KTMT məsələsinə qayıdaq. Əgər Azərbaycan təşkilata qoşulmaq istəyirsə və bizim Bakı ilə ortaq maraqlarımız və məsələlərimiz varsa, Ermənistan buna qarşı olacaq və mən bunu da Yerevanda dedim. Mənə sual verən erməni jurnalistlər susdular. 

 

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri olaraq mənim üçün Qaregin Njdenin lövhəsi qırmızı əski kimidir. Onu yığışdırmayınca, mən sakitləşməyəcəm. 

 

Azərbaycan və Ermənistanla dostluq məsələsinə gəlincə, onlar mənim üçün eynidir. Ancaq Qaregin Njdeyə görə mən Ermənistandakı millətçilərin xeyrinə oynamayacam./Media.Az


Son xəbərlər

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bütün xəbərlər