Gündəm


MUMtv.az: - Son həftələrdə (xüsusən də son günlərdə) Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində vəziyyətin fövqəladə dərəcədə kəskinləşməsi müşahidə edilir. Yerli döyüşlər gedir, hərbçilər arasında itkilər var.

Azərbaycan tərəfi Ermənistanın təxribatlara əl atdığını, atəşkəsə əməl etmədiyini bəyan edir. Erməni tərəfi də bizim üçün eyni iddiaları səsləndirir.

Bu məsələ ilə əlaqədar Ermənistan İctimai Televiziyasının efirində parlamentin Xarici əlaqələr daimi komitəsinin sədri, hakim "Mənim addımım" blokunun deputatı Ruben Rubinyan deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövcud vəziyyətə uyğun cavab verməlidir: "Çünki bu, Təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün bundan doğan nəticələrlə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”.

Bununla əlaqədar olaraq suallar ortaya çıxır: Rubinyanın KTMT-nin sərhəddəki vəziyyətə müdaxiləsi ilə bağlı xəbərdarlıqlarını nə qədər ciddi qəbul etmək olar? Təşkilatın sədri olan Ermənistan bu mənada digər üzvlərinə təzyiq göstərə biləcəkmi? KTMT dövlətlərinin özləri bu barədə nə düşünür - onların səlahiyyətliləri Azərbaycan ordusu ilə döyüşmək üçün ölkələrinin döyüş hissələrini Ermənistana göndərməyə razı olacaqlarmı?

AYNA mövzunu KTMT-yə üzv ölkələrin ekspertləri ilə müzakirə edib.

Qazaxıstanlı politoloq Kazbek Beisebayev:

"Hər şeydən əvvəl demək lazımdır ki, KTMT beynəlxalq təşkilat olaraq yaradıldığı 2002 -ci ildən indiki vəziyyətindəki kimi mövcuddur. Amma Bakı ilə İrəvan arasındakı münaqişə həmin tarixdən xeyli əvvəl yaranıb. Ona görə də KTMT-nin müddəalarını mövcud vəziyyətə tətbiq etmək üçün heç bir əsas yoxdur.

Bundan əlavə, sərhəddəki bu münaqişə kiçik silahların istifadəsi ilə baş verdi, yəni artilleriya, tank və digər hərbi texnikadan istifadə etmədən. Sadə dillə desək, bu, genişmiqyaslı hərbi əməliyyatlar deyil, bir atışma idi. Bir qayda olaraq, çoxtərəfli format kiçik atışmalar problemini həll etmək üçün istifadə edilmir, belə vəziyyət ikitərəfli səviyyədə və vasitəçilərin köməyi ilə həll edilir. Yeri gəlmişkən, elə bu vəziyyətdə də eyni ssenari müşahidə olunur.

Əlbəttə ki, erməni tərəfinin mövqeyi bir şəkildə başa düşülə bilər, amma KTMT formatı, bütün iradəsi ilə Azərbaycan ilə Ermənistan arasındakı münaqişəyə şamil olunmur. KTMT ölkələrindən heç biri İrəvana kömək üçün əsgər göndərməyəcək. Yenə də bu, tamamilə fərqli bir haldır.

Eyni zamanda, KTMT ölkələrindən biri - Rusiya Türkiyə ilə birlikdə bölgədə mövcuddur. Elə bu cür münaqişələri həll etmək üçün oradadırlar”.

Belarus politoloqu, tarix elmləri namizədi Valeri Karbaleviç:

"KTMT Ermənistana heç bir kömək etməyəcək. KTMT olduqca dekorativ bir təşkilatdır. Orada sərhəddə baş verənlərə müdaxilə edə biləcək yeganə dövlət Rusiyadır. Amma o da tələsmir. Belarus da daxil olmaqla, başqa heç bir KTMT üzvü dövlət öz qoşunlarını Cənubi Qafqaza göndərməyəcək. Və KTMT-yə sədrlik sadəcə simvolik, ritual, texniki bir roldur. Bu status heç nəyə təsir etmir”.

Qırğızıstanlı jurnalist, "Almaz” teleradio şirkətinin qurucusu və direktoru Rüstəm Koşmuratov:

"Birmənalı olqaraq, yox! Qırğızıstan Respublikası bir türk ölkəsidir və başqa bir türk ölkəyə qarşı heç bir addım atmaz. Qırğızıstan və Tacikistanın sərhəddə problemləri var. Atışmalar olur, insanlar ölür. Bizim üçün əsas problem budur. Baxmayaraq ki, bu iki ölkə KTMT-nin üzvüdür. Və bu birliyin böyük üzvlərindən heç biri bu barədə heç nə demir.

Həm də Əfqanıstan tezliklə "Taliban”ın hakimiyyəti altına keçəcək. Sərhədimizdən Əfqanıstana qədər yalnız 180 km məsafə var. 2000 -ci ildə Əfqanıstandan olan yaraqlılar ərazimizə soxulmuşdu. Bu problemlər Qırğızıstan üçün daha önəmlidir”.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, politoloq Yevgeni Mixaylov:

"Artıq dəfələrlə demişəm ki, iyulun 14-dən etibarən Ermənistan-Azərbaycan sərhədində güclənən bütün təxribatlar Bakını Rusiya sülhməramlılarının bir neçəsinin mümkün ölümü ilə nəticələnə biləcək sərt cavaba təhrik etmək cəhdidir. Axı erməni silahlı birləşmələrinin zərbələri məhz sülhməramlıların kürəkləri arxasından endirilir.

Üstəlik, təxribatlar güclənir və ya müəyyən bir qanunauyğunluqla baş verir: ya ABŞ-ın Ermənistandakı səfiri sərhədə gələrkən, ya Makron yenidən başqa bir təxribat təşəbbüsü ilə çıxış edərkən, ya da Avropa İttifaqı bir şəkildə İrəvana dəstək göstərərkən sərhəddə gərginlik artır. Aydındır ki, Ermənistan bütün gücü ilə qarşıdurmanı yenidən alovlandırmağa çalışır, lakin sülhməramlı prosesin kənarında qalan üçüncü qüvvələrin köməyi ilə.

İrəvanın KTMT-yə bir daha müraciət etmək cəhdləri də Moskvanı intriqalarına çəkmək məqsədi daşıyan təxribatdır. Amma bu işləməyəcək. Rusiya sülhməramlı prosesin əsas qarantıdır və ölkələrimizin liderləri arasında Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur etmək üçün nə edilməli olduğu barədə tam qarşılıqlı anlaşma mövcuddur.

2021-ci ilin sentyabrında KTMT-yə sədr olmaqla Ermənistanın bu təşkilatı Azərbaycanla müharibəyə sövq edə biləcəyini düşünmürəm. İrəvan artıq münasibətlərdə öz qeyri-stabiliyini bir neçə dəfə nümayiş etdirib və KTMT-ni başqa hərbi bloklarla əvəz edə biləcəyinə dəfələrlə işarə edib. Daha doğrusu, güman edə bilərəm ki, təşkilat ölkələri İrəvanın səlahiyyətlərinin dayandırılması və münaqişənin sonuna qədər KTMT-dəki statusunun dəyişdirilməsi barədə qərar qəbul edə bilər.

Şübhə etmirəm ki, Rusiya odla oynamağa çalışan yetirməsinə təsir edə biləcək. Böyüklük mifləri və intiqam istəyindən hələ də ayrılmayan bir ölkə uğrunda böyük bir müharibədənsə, kiçik itkilər daha yaxşıdır”.

Son xəbərlər

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

Bütün xəbərlər