Gündəm
Putin Lukaşenkonun yolu ilə gedəcək
MUMtv.az: - Üç ay əvvəl Yekaterinburqun keçmiş meri Yevgeni Royzman orta məktəb məzunlarını Rusiyanı tərk etməyə çağırmışdı. O zaman Yevgeni Royzman bu çağrışı ciddi müzakirələrə səbəb olmuş və keçmiş mer tənqidlərə məruz qalmışdı. Yevgeni Royzmanı tənqid edənlərdən biri də politoloq Qleb Pavlovski idi.
Politoloq Qleb Pavlovski Yevgeni Royzmanın bu fikirini “zəiflər üçün məsləhət” kimi qiymətləndirirərək tənqid etmişdi.
İndi isə Qleb Pavlovski vətəndaşları ölkəni tərk etməyə çağırır. Politoloq hesab edir ki, müharibə və represiya olacaq. Ona görə də insanlar ölkəni tərk etməlidir.
Politoloq Qleb Pavlovski Rusiya hakimiyyətinin bütün dünya ilə qarşıdurmanı dərinləşdirəcəyini, ölkə daxilində isə dövlət terrorunu işə salacağını bildirir. Politoloq hesab edir ki, bu terrorun qurbanı olmaq istəməyənlər ölkəni tərk etməlidir.
Politoloq Qleb Pavlovskinin xəbərdarlığından belə qənaət hasil olur ki, Putin Lukaşenkonun yolu ilə gedərək kütləvi şəkildə dövlət terroruna əl atacaq. Rusiyadakı avtoritar rejimin yeni mərhələyə qədəm qoyduğunu isə çoxsaylı politoloqlar qeyd edir. Putinin avtoritar rejiminin qatı cinayətkar dəstəyə çevrildiyini düşünlərlə yanaşı bu rejimin terrorçu qrupa döndüyünü iddia edənlər də var. Hətta Putinin avtoritar rejiminin faşist rejiminə çevrildiyini iddia eən ictimai-siyasi xadimlər var. Bu fikirləri ümumiləşdirsək Rusiyada hibrid rejimin yarandığını söyləmək olar. Azərbaycan, Qazaxıstan və Qırğızıstana qarşı Rusiyadan səslənən təcəvüzkar bəyanatlar da bu ölkədəki hakim rejimin dəyişikliyə uğradığını təsdiq edir.